beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Anlagil eşq nədir, dinlə, nə mənadır bu!"

Anlagil eşq nədir, dinlə, nə mənadır bu!
Badeyi-lütfi-xuda, bəxşişi-mövladır bu!

İçəlim şamü səhər içrə və lakin bicam,
Camə hacətmi olur, badeyi-mənadır bu!

Hərfsiz aşiqi-şeydalərə təlim eylər,
Dərsi-əsrarı nə xoş, dərsi-dilaradır bu!

Məxfidir, eşq xəfiyyatı hüveyda eylər,
Söylərəm böylə, vəli, gör nə müəmmadır, bu!

Söyləyin aləmi-əşardə şirin-şirin,
Madehi-eşqi-xuda, təbi-şəkərxadır bu!

Qasid, ey Mir Nigari, görünür xəndəzənan,
Bar bir xeyr xəbər aləmə büşradır bu!


Tarix: 30.03.2013 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Qezeller