beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ey könül, etmə şurü qövğa hiç"

Ey könül, etmə şurü qövğa hiç!
Çəkmə bihudə rəncü qövğa hiç!

Bivəfa ömrə etibar etmə,
Olma aludə fikrə əsla hiç!

Xak olur aqibət fəqirü ğəni,
Hasili-malü mülki-dünya, hiç!

Arif ol, arif, olma zahidi-xüşk,
İxtiyar etmə zöhdü təqva hiç!

Mübtəla olma nəşeyi-bəngə,
Meyi-külfam, cami-mina, hiç!

Hümmət et, olginən yəqin əhli,
Küfrü din bəhsin etmə qəta, hiç!

Ey Nəbati, səninlə həqdir yar,
Qəm yemə aləm olsa əda hiç!


Tarix: 30.03.2013 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Qezeller