beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə"

Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,
Təğafül etmə, baxar kəc bu ruzigar sənə.

Könül, vüsalına xürsəndsən bu gün yarın,
Fəğan o gündən, ola ayrılıq düçar sənə.

Gedə əlindən o məhparə, ayrıla səndən,
Verə zəmanə yenə dərdi-bişümar sənə.

Fələk, məramım ilə gərçi varsa dövranın,
Nə sud, yoxdu səbatın, nə etibar sənə.

Könül, o mahruxun zülfün eyləmə məskən,
Məhaldır o pərişan ara qərar sənə.

Edib o şux səni məst bir nigah ilə,
Saqın, bu nəşə verir aqibət xumar sənə.

Fəraq dərd ilə vəslində xövfi-hicran var,
Düş öl, qutar dəxi, Bixud, budur mədar sənə.


Tarix: 30.03.2013 / 14:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Qezeller