beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Götür zülfi-çəlipanı üzari-hür tələtdən"

Götür zülfi-çəlipanı üzari-hür tələtdən,
Məhü mehr aşkar olsun səhabi-jənki qəflətdən.

Bu təsnim dəhanından mühəyyər, çeşməyi-heyvan
Ki, hərkiz eyləməz bavər çıxa zülmati-heyrətdən.

Xəta qıldım dedim üzdə nədən xali-siyahın yox,
Ki, bilməzdim rəcim olmuş zəğan gülzari-cənnətdən.

Qəmər çün Şam səmtindən inani-əzmi ətf etmiş,
Birəhnə fərq pişvazə gəlir gün Misri-rüfətdən.

Ləbi-ləli-şəkərbarın yenə qovğa salıb Misrə,
Nəbat öz şişəsin səngə vurub eyni-xəcalətdən.

Olubsan Misri-həsnada səriri-hüsnə sən malik,
Ki, yüz min Yusifi-Misri salıbsan təxti şövkətdən.

Həmişə Mehdi kuyunda zi-pa-iftadə sərvindir,
Əgərçi dəstgir olmuş, düşər xaki-məzəllətdən.

Qəza surətkərin gəl gör nə xoş çəkmiş bu tuğyanı,
Yazıb dibaçəyi hüsnündə həza Yusifi-sani.
Mehdi Bəy Şəqaqi


Tarix: 30.03.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Qezeller