beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Dedim: -- Ölləm, gözəlim, rəhm elə tədbir eylə " qəzəli

Dedim: -- Ölləm, gözəlim, rəhm elə tədbir eylə,
Dedi: -- Əvvəlcə bir öz dərdini təsvir eylə.

Dedim: -- Ey gül, nə gözəl xəttü xalın var, bəh-bəh,
Dedi: -- Get bircəciyin cəhd elə təfsir eylə.

Dedim: -- Hicranə nə cür tab eləyim, yol göstər,
Dedi: -- Get sövdələşib səbr ilə əl-bir eylə.

Dedim: -- Eşq içrə bu can verməyi kim dəb saldı,
Dedi: -- Çox sorğu-sual eyləmə, təqdir eylə.

Dedim: -- Ey gül, nə qələtdir elədim, əfv eylə,
Dedi: -- Məcbur eləmişdim səni təqsir eylə?

Dedim: -- Axir bu qəmin can evin alt-üst etdi,
Dedi: -- Vaxtın verilib, get onu təmir eylə.

Dedim:-- Eşqin daha bu Yasini sərgəştə edib,
Dedi: -- Al zülfümü sal boynuna zəncir eylə.


Tarix: 26.03.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Qezeller