beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Səhər-səhər danışır tər ləçək şehin nağılın " qəzəli

Səhər-səhər danışır tər ləçək şehin nağılın,
Şükufə yarpağı ahəstə xoş mehin nağılın.

Yolüstü çay boyu xış-xış qamışların səsi də,
Pıçıldayır mənə sakitcə fatehin nağılın.

İçimdə bir dəli sevda qırıq-qırıq səslə,
Eşitdirir sarıköynəklə Valehin nağılın.

Nədən xeyir ola əl çəksin eşqdən könlüm,
Eşitmək istəmirəm heç bu nasehin nağılın.

Zaman-zaman üyəyimdən oğurlanan fikrim,
Car eyləyib danışır gündə Vazehin nağılın.

Bu Yasinin yığışıb dərd, ümid kəsir dəvəsin,
Eşitməyib əməli, fikri salehin nağılın


Tarix: 26.03.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Qezeller