beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Sakitcə " qəzəli

Can ömrümün asılıb saplağında sakitcə,
Ömür solur günümün yarpağında sakitcə.

Səsimlə düz boğazından ümidlərim qırılır,
Bu vaxtı yox zamanın caynağında sakitcə.

Susub durub nəsə dinmir bu məsum arzum da,
Bu körpənin nəsə var durmağında sakitcə.

Nişanlanıbdı bu zülmətlə kor, yetim bəxtim,
Gözüm gəzir işığın barmağında sakitcə.

Fikirlərim dolaşır qəm çölündə sərgərdan,
Qəm otdayır dəli dərdin dağında sakitcə.

Bu bağrım, ah yarılır zülmətin düz ovcunda,
Ufuldayır yaram öz qaysağında sakitcə.

Bezib sükunət əlindən durub başın götürüb,
Yuxum qaçır gecənin başmağında sakitcə.

Varaq-varaq yazılır arzum, istəyim, Yasin,
Söz ağlayır qələmin dırnağında sakitcə.


Tarix: 26.03.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Qezeller