beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menden könül o nazli nigare dedin bes

Menden könül o nazli nigare dedin bes

Məndən, könül ,o nazlı nigarə nə dedin bəs?
Çəkdin o güləndamı kenarə,nə dedin bəs?

Əvvəl bunu bildim ki,dedin aşiqin öldü
Ondan sora ol şuxə dübarə nə dedin bəs?

Mən məst yıxıldım o dilaramı gorəntək,
Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?

Meydənmi qızarmışdı onun arizi-ali,
Ziynət vərən ol baği-baharə nə dedin bəs?

Mən xəsteyi-eşq olduğumu sordumu səndən,
Göstərdimi bimarinə çarə,nə dedin bəs?

Dami-qəmi-hicranə nəhayət verəcəkmi,
Bu barədə ol laləuzarə nə dedin bəs?

Dərdindən ölən Vahidi heç bir soruşurmu,
Ol bikəsi kim qoydu məzarə,ne dedin bəs?


Tarix: 26.05.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Qezeller