Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aliaga Vahidin qezelleri Yalvarma

Aliaga Vahidin qezelleri
Yalvarma

Könül, vəfasız olan nazlı yarə yalvarma,
Nə e'tibar ona, bietibara yalvarma!

Darıxma yaxşı-yaman, ruzigarımız gələçək,
Bu beş gün ömrə görə, ruzigarə yalvarma!

Sənin də bir gün olar növbaharın, ey bülbül,
Xəzan çəfasına səbr eylə, xarə yalvarma!

Faqirə, açizə, məzlumə ehtiram eylə,
Əduya, qan icənə. zümkarə yalvarma!

Vətən yolunda ölüm mərd ücün səadətdir,
Həyat ücün fələki-kəçmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, səd də Mənsur ol,
<<Ənəlhaq>> üstə cəkilsən də darə yalvarma!

Məhəbbət əhlinə, Vahid, həmişə xidmət elə,
Nə taçidarə, nə bir şəhriyarə yalvarma!


Tarix: 26.05.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 426 Bölmə: Qezeller
loading...