beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayram xan Baharlı - Yaradıcılığı

Məhəmməd Bayram Xan, siyasət və dövlətçiliklə birgə, şer və ədəbiyyata da çox maraq göstərmiş birisidir. Türk və Fars dilində şer yaradıclığı var. Şerlərində Bayram təxəllus edərdi. İkl kəz 1910 ilində onun Türkcə və Farsca şerlərini ehtiva edən divanı, Hindistanın Kəlkütə şəhrində, ingiltərəli E. Denison Ross, tedqiqilə çap edildi. 1970 ci ildə şairin Tükce şerləri Müntəxəbat unvaniyla Türkmənistanın Aşqabad şəhrində yayımlandı. 1971 -ci ildə Pakistanın Kəraçi şəhrindədə Dr. muhammad Sabir tarafindan nəşr edilmişdir.

Qəzəlləri
Hərgiz məni tərəhhüm ilə yad qılmadın,
Məhzun könlümi qayğudan azad qılmadın.

Dərd əhli tək mülahizə xatirim qılıb
Könlümi bir inayət ilə şad qılmadın.

Açılmadı yüzün gülündən qönçə tən könül
Kim hicr sərsəri ilə bərbad qılmadın.

Görsətmədi rüsumi-möhnət fitadəyə
Kim cövrü zülm birlə bərüftad qılmadın.

Hər ləhzə yüz imarəti-xatir qılıb xərab
Hərgiz binayi-mərhəmət abad qılmadın.


Bivəfalıq gərçi hüsn əhlinə rəsmidür qədim,
Sən olarğa oxşamazsan, bifəvalıq qılmağıl.

Biədalıqdır vəfa tərk eyləmək hüsn əhlinə
Bivəfalıq tərkin eylə, biədalıq qılmağıl.

Bayrama çün etibarın yoxdurur bir zərrəcə
Göstərib ana üzünü xudnümalıq qılmağıl.


Ey kim, həmişə dərdü qəmindən həlak mən
Dərdin eşitgəli nə bəla, dərdnak mən?

Gəh xəncəri-fərağın ilə dilfikar olub
Gəh tiği-tiyaqın ilə sinəçak mən.

Gahi qılıb həvayi-vüsalın, tapıb həyat
Gahi çəkib cəfayi- fərağın həlak mən.


Tarix: 03.02.2015 / 14:38 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Qaraqoyunlular