beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baharlılar (kitab)

Baharlılar — Ənvər Çingizoğlunun Baharlı oymağı haqqında yazdığı kitab.

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu günlərdə “Baharlılar” adlı kitabı çapdan çıxıb. Kitabın rəyçiləri tarix elmləri doktoru Nərgiz Quliyeva, tarix elmləri üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli, redaktoru Vasif Quliyev, məsləhətçisi Sevda Məmmədova-Baharlıdır. Kitab giriş və üç fəsildən ibarətdir.

Nəşrdə Azərbaycan xalqının etnogenezində, maarif və mədəniyyətində önəmli rol oynamış Qaraqoyunlu elinin, onun böyük qolu olan Baharlı oymağının yaşam yolundan bəhs edilir. XVIII-XX yüzilliklərdə Qarabağda və onun bir hissəsi olan Baharlı camaatının həyatında baş verən önəmli olaylar, həyat salnamələri səhih faktlarla qələmə alınıb. Arxiv və araşdırma materiallarına istinad edilərək baharlıların demoqrafik mənzərəsi yaradılıb.


Tarix: 03.02.2015 / 14:34 Müəllif: Feriska Baxılıb: 99 Bölmə: Qaraqoyunlular