beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ üsyanı (1343-1356)

Qarabağ əmirləri 1343-cü ildən 1356-cı ilədək Elxanlı sultanlarına, əsasən də bu dövlətdə önəmli vəzifələr daşıyan çobanlı (sulduz) əmirlərinə qarşı ayaqlanmışdılar. 1343-cü ildə Qarabağ əmirləri Hacı Həmzə, Mülayim, Həsən Çobani Axtaçı və Hüseyn Ənbuğa Süleyman xana itaət etməkdən boyun qaçırır, özlərinə "Ulus əmirliyi" verilməsini tələb edirlər və məqsədlərinə nail olurlar. Qəddar çobanlı əmiri Məlik Əşrəf Sulduz 1344-cü ildə Ənuşirəvanı padşah elan edir və Qarabağda qarətçiliklə məşğul olur. 1345-ci ildə Qarabağda Şirvanşah Kavusla Məlik Əşrəfin görüşü olur. Kavus Azərbaycandakı vəziyyəti nizamlamaq məqsədilə danışıqlar aparmaq üçün Qarabağa gəlir, lakin Məlik Əşrəfin qəddarlığının, yersiz cəzalarının şahidi olub geri qayıdır və bununla da, tərəflər arasındakı münaqişələr artır. Məlik Əşrəf 1349-1350-ci illərdə Qarabağda Hacı Şəhrimanı öldürtdürür, vəzir Əbdülhey Həmmamini tutdurur. 1352-ci ilin baharında Məlik Əşrəf Qarabağdan Təbrizə qayıdır. O, Arazı keçib Əskişəhrə çatdıqda Qarabağda Dəli Bayazidin başçılığı ilə iğtişaş qalxır. Məlik Əşrəf Bayəzidi itaətə cəlb etməyə cəhd göstərirsə də, buna nail ola bilmir. Onun göndərdiyi ilk qoşun dəstələri Dəli Bəyazid tərəfindən məğlub edilir. Dəli Bəyazid Muğan ərazisini ələ keçirir. Qarabağ iğtişaşını asanlıqla yatıra bilməyəcəyini hiss edən Məlik Əşrəf Təbrizə gedir və Qarabağa güclü qoşun hissələri göndərir. Lakin, Dəli Bəyazid bu hissələri məğlubiyyətə uğradır. Məlik Əşrəf Əmir Ələkini Iraq-i Əcəmdən çağırıb Dəli Bayəzidin üzərinə göndərir. Ə1əki Qarabağa çatdıqda Dəli Bəyazid ilə ittifaqa girir və Məlik Əşrəfə qarşı çıxır. Lakin, bir müddətdən sonra onların arasında münaqişə baş verir. Dəli Bayəzid özünü öldürür, Ələki isə mağaraya girib gizlənir. Məlik Əşrəfin əmirləri Gəncə ilə Tiflisin arasında Leybarik adlı yerdə Ə1əkini tutub başını kəsirlər və Bayəzidin başı ilə birlikdə Məlik Əşrəfin hüzuruna aparırlar. Məlik Əşrəfin zülmü Azərbaycan əhalisinin vətəni tərk etməsinə səbəb olmuşdu. Bir çox görkəmli şəxsiyyətlər, o cümlədən, Qazi Məhyəddin Bərdəi şirvanşah Kavusun razılığı ilə Qızıl Orda xanı Cani bəyin yanına gedir və onu Azərbaycana dəvət edir. Canı bəy Şirvan arazisini maniəsiz keçib Qarabağa gəlir və Ağdamda əhali onun pisvazına çıxır. O, Qarabağdan Təbrizə gedib Məlik Əşrəfi tutur və edam etdirir. Məlik Əşrəfin edamı ilə (1356) çobanlı feodallarının ağalığına son qoyulur.


Tarix: 08.01.2015 / 14:19 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qarabağ müharibəsi