beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası

1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Ermənistandan qovulan azərbaycanlıların ilk dalğası 1988-ci yanvarın 25-də Azərbaycana yetişir. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvəllərində şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C. Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlıları oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.


Tarix: 08.01.2015 / 14:00 Müəllif: Feriska Baxılıb: 5 Bölmə: Qarabağ müharibəsi