Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Qarabağ müharibəsiQarabağ müharibəsi Nəticə

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycannın 12246.6 km² ərazisi işğal edilmişdir:
26 noyabr 1991-ci il tarixinədək olan inzibati ərazi bölgüsünə əsasən:
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İliç rayonunun Kərki kəndi (19 km²) – 18-19 yanvar 1990-cı ildə işğal olunmuşdur.
Qazax rayonuna daxil olan 7 kənd işğal olunmuşdur: işğal tarixi – 24 mart 1990-cı il-14 iyun 1992-ci il, işğal olunan ərazi 77 km².
Dağlıq Qarabağ MV: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4388 km². (Şuşa rayonu-289 km², Xankəndi şəhəri-8 km², Əsgəran rayonu-928 km², Xocavənd rayonu-779 km², Ağdərə rayonu-1705 km², Ardı »

Qarabağ müharibəsiAzərbaycanlı əsirlərə qarşı törədilmiş cinayətlər

1988-2003-cü illərdə 1335 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilib. Dövlət Komissiyasında olan məlumatlara görə, əsirlikdən qayıtmış vətəndaşlar arasında şikəstlik, mənəvi iztirabların təsirindən ruhi xəstəlik, saxlanma şəraitinin elementar tələblərə cavab verməməsi səbəbindən vərəm və s. xəstəliklər qeydə alınıb. Bir sözlə, erməni əsir və girovluğu bu şəxslərin səhhətində, psixikasında ömürlük iz qoyub.

Komissiyadakı materiallar sübut edir ki, yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən, uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib – onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları və damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə Ardı »

Qarabağ müharibəsiMüharibənin aktiv fazası

Müharibənin ilk günlərindəcə Azərbaycan və Ermənistan qarşılıqlı hücuma keçir. 1992-ci il yanvarın 26-da yeni təşkil olunmuş Azərbaycan ordusu Şuşa yaxınlığında Daşaltı əməliyyatını keçirir və məğlub olur. Fevral ayında ermənilər rus qoşunları ilə bərabər Qarabağda hücuma keçərək bir neçə kəndi tutur, fevralın 26-da isə Xocalını ələ keçirərək dinc əhaliyə qarşı qırğın törədirlər. 9 mayda ermənilər Şuşanı, 18 mayda isə Laçın şəhərini işğal edirlər. 7 iyunda Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçilir, bundan dərhal sonra iyunun 12-də Azərbaycan ordusu cənhədə hücuma keçir. Hücum nəticəsində azərbaycanlılar tezliklə Şaumyan rayonunu, iyulun 4-də isə Ağdərəni ələ keçirirlər. Sentaybr ayının 1-də Azərbaycan ordusu Sırxavənd kəndini işğaldan azad edir, Ardı »

Qarabağ müharibəsiAğdaban soyqırımı

1992-ci ilin aprel ayının 8-də Erməni işğalçıları Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 67 nəfəri qətl etmiş,17 kənd sakini diri-diri yandırmışdır. Ardı »

Qarabağ müharibəsiİrəvan şəhərinin ermənilərə bağışlanması

29 may – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti müstəqillik elan edən, lakin siyasi mərkəzi olmayan Ermənistan Respublikasının hökumətinə İrəvan şəhərini (indiki Yerevan, əhalisinin 30 faizi ermənilərdən və başqa etnik qruplardan, 70 faizi azərbaycanlılardan ibarət idi) güzəştə getdi.[Mənbə göstərin]

Ermənistan tərəfindən daşnaq hökümətinin baş nazirinin imzaladığı müqaviləyə əsasən Ermənistanın sərhədləri müəyyənləşdirildi və nəticə etibarı ilə bu dövlətin 400.000 nəfər əhalisi olan Erivan və Eçmiədzin rayonları da daxil olmaqla 10.000 kv. km-dən ibarət ümumi ərazisi dəqiqləşdirildi. Qarabağ Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi olaraq qaldı. Ardı »

Qarabağ müharibəsiMünaqişənin nəticələri

1918-ci ilin iyun-iyul aylarında Sülh və mehriban qonşuluq münasibətlərinə dair razılaşmanın əksinə olaraq, Ermənistan Respublikası Azərbaycana qarşı irimiqyaslı təcavüzə başladı. Naxçıvan şəhərinin işğalı, Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrinə kütləvi hücumlar 115 kəndin viran edilməsi və 7729 Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələndi. Təxminən 50.000 nəfər yurd-yuvasından didərgin düşdü.

1921-ci il, 5 iyul tarixdə Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: "Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin".

Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququnun verilməsi ilə Ardı »

Qarabağ müharibəsiQarabağ Filmoqrafiya

Azərbaycan filmləri[redaktə]
Dağlıq Qarabağ (film, 1948)
Fəryad (film, 1993)
Haray (film, 1993)
Laçın dəhlizi (film, 1993)
Ağ atlı oğlan (film, 1995)
Vətən mənə oğul desə (film, 1996)
Canavar balası (film, 1997)
Hər şey yaxşılığa doğru (film, 1997)
Arxada qalmış gələcək (film, 2005)
Girov (film, 2005)
Yalan (film, 2006)
Biz qayıdacağıq (film, 2007)
Xocalı soyqırımı (film, 2007): İşğaldan 61 gün əvvəl (I hissə), Qətliamın 6 dəqiqəsi (II hissə), Soyqırım (III hissə)
Ermənilər. Riyakarlığın anatomiyası (film, 2008): Forpost əməliyyatı (I hissə), Əsrin siyasi avantürası
Bir addım (film, 2009)
Dolu (film, 2012)
Xoca (film, 2012)
Ermənistan filmləri[redaktə]
Atılmamış güllələr (film, 2008)
Güllə atmış ev (film, 2009)
Gürcüstan filmləri[redaktə]
Qarabağa gəzinti (film, 2005) Ardı »

Qarabağ müharibəsiQarabağ müharibəsi dövründə əsir düşmüş və girov götürülmüş azərbaycanlılar

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında mövcud olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq, 312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib, təcavüz nəticəsində 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkin düşüb. (Statistika 01.04.04 tarixədir.)

Azərbaycan tərəfində olan təkzibolunmaz faktlar göstərir ki, ən azı 783 vətəndaşımız ermənilər tərəfindən əsir, yaxud girov götürülüb, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən BQXK-dan gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib. Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, Ardı »