beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Xədicə bint Xuveylidin (r) fəziləti

Xədicə bint Xuveylidin (r) fəziləti

1. Əbu Hureyrə (r) rəvayət edir ki, “Cəbrayıl (Ona salam olsun!) Rəsulullahın (s) yanına gələrək: “Ey Allahın Rəsulu! Xədicə içində qatıq, və yaxud yeyiləcək və ya içiləcək başqa bir şey olan qabla gəlir. O, yanına çatanda ona Rəbbindən salam söylə və onu təm-təraqlı və yorğunluq olmayan, incidən hazırlanmış bir evlə müjdələ”. (Buxari, “Kitabul-mənaqibul-ənsar”, 19, “Kitabut-tovhid”, 33/110; Müslim, “Fadailus-səhabə”, 71/2432).

Bu hədisə görə bəzi alimlər Xədicənin (r) Aişədən daha fəzilətli olması hökmünü vermişlər. Çünki Aişəni (r) Cəbrayıl (Allahın ona salamı olsun!) öz adından salamlamışsa, Xədicəni (r) Rəbbinin adından salamlamışdır.
2. Aişə (r) rəvayət edir ki, “Mən Peyğəmbəri (s) arvadlarından heç birinə Xədicə qədər çox qısqanmadım. Halbuki mən Xədicəni dərk edəcək yaşımda görməmişdim. Fəqət Peyğəmbər (s) onu çox xatırlayırdı, hər dəfə qoyun kəsəndə Xədicənin dostlarına göndərirdi. Bəzən mən: “Sanki Xədicədən başqa bu dünyada qadın yoxdur” – deyərdim. Rəsulullah (s) da: “Xədicə belə idi, Xədicə belə idi və ondan mənim övladlarım oldu” – deyərdi”. (Buxari, “Kitabul-mənaqibul ənsar”, 19/43; Müslim, “Fadailus-səhabə”, 73, 74, 77, 78 (2434, 2435, 2436, 2437); ət-Tirmizi, “Mənaqib”, 3885, 3886).
Əhməd bin Hənbəlin bir rəvayətində peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “İnsanlar mənim risaləmi inkar edərkən, o inandı, hamı məni təkzib edəndə, o malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, ancaq digər arvadlarımdan uşağım olmadı”.
3. Həzrət Əli (r) Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Dövrünün ən xeyirli qadını İmranın qızı Məryəmdir, bu ümmətin ən xeyirli qadını Xuveylidin qızı Xədicədir” (Buxari, “Kitabus-səhabə”, 69/2430; ət-Tirmizi, “Mənaqib”, 3887).
4. Əbu Musa əl-Əşari (r) Peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Kişilərin çoxu kamala çatmışdır. Qadınlardan isə İmranın qızı Məryəm, Fironun arvadı Asiya, Xuveylidin qızı Xədicə və Məhəmmədin qızı Fatimədən başqa heç kim kamala çatmadı. Aişənin qadınlardan üstünlüyü, sərid yeməyinin digər yeməklərdən üstünlüyü kimidir” (Buxari, “Kitabul-ənbiya”, 48/105; Müslim, “Fadailus-səhabə”, 70 (2431); ət-Tirmizi, “Ətimə”, 31/1835).
Xədicə (r) Xuveylid bin Əsədin qızı olub, peyğəmbərlə (s) eyni nəsildəndirlər. Arvadları içərisində peyğəmbərə nəsəbi ən yaxın olan Xədicədir. İbrahimdən başqa digər övladlarının (Qasim, Zeynəb, Ruqiyyə, Gülsüm,Fatimə və Abdullah) anası Xədicə olub. Hicrətdən 3 il əvvəl, Əbu Talibdən 3 gün sonra 65 yaşında ramazan ayında vəfat etmişdir.


Tarix: 01.05.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 372 Bölmə: Peyğəmbərlərin Həyatı