beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizə Salavat Gətirmək

"Şübhəsiz, Allah və mələkləri Peyğəmbərə salat deyərlər. Ey iman edənlər, siz də ona salat deyin və tam bir təslimiyyət ilə ona salam verin." (Əhzab Surəsi, 56)

Peyğəmbərimizin adı gələndə Ona salat və salam göndərməyin məcburiyyəti mövzusunda alimlərimiz arasında fikir ayrılığı vardır. Fəqət bunun fəziləti və axirətdə peyğəmbərimizin şəfaətinə vəsilə olacağı mövzusunda alimləri eyni düşüncədədirlər.
Rəsulullaha (s.a.v.) salavat duası və salam göndərmək çox xeyirli və mübarək bir işdir. Bu çox edənin Allah (c.c) axirətdə dərəcəsini yüksəldər.
Peyğəmbərimizin hədislərinə görə Rəsulullahın (s.a.v.) adı gələndə ona salat və salam göndərməyənlər axirətdə böyük bir xeyirdən məhrum olacaqlar.
"Qiyamət günü mənə yaxın olanlar və şəfaətimə haqq qazananlar, mənə ən çox salavat gətirənlərdir." (Tirmizi)
"Hər kim mənə salavat gətirərsə, Allah buna görə ona on misli qədər məğfirət edər." (Əbu Davud)
"Günlərin ən fəzilətlisi cümə günləridir. O gün mənə çox salavat gətirin. Sizin salavat və salamlarınız mənə mələklər vasitəsiylə çatdırılır." (Əbu Davud)
"Yanımda mən anılanda mənə salavat gətirməyən adamın üzü yerə sürtülsün." (Tirmizi)
"Adım gələndə salavat gətirin və dua edin. Harda olursunuzsa olun, salat və salamlarınız mənə çatır." (Əbu Davud)

Rəsulallaha salat və salam göndərməyin tövsiyə olunduğu vaxtlar:
1) Azan oxunanda:
Peyğəmbərimiz belə buyurmuşdur: "Azanı eşitdiyiniz zaman müəzzinin söylədiklərini təkrar edin və sonra mənə salavat duası oxyun. Bir salam və salavaat üçün Allah sizə on qat savab verər."(Əhməd)
2) Məscidə girərkən və çıxarkən:
Rəsulullah Əfəndimiz (s.a.v.) məscidə girərkən və çıxarkən salat və salam oxunardı. Hz. Əli (r.a.) "məscidə girdiyiniz zaman Rəsulallaha salavat niyaz edin. "(Əhməd) buyurur.
3.Cüma namazında:
Peyğəmbərimiz belə buyurur: "Cümə günləri çox salavat oxuyun. Çünki o gün mələklər yanınızdadır. Kim mənə salat və salam göndərərsə sözü bitməmiş mənə çatar."(Nəsəi)


Tarix: 27.04.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Peyğəmbərlərin Həyatı