beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABDULLAH IBN XUZAFƏ ƏS-SƏHMI

ABDULLAH IBN XUZAFƏ ƏS-SƏHMI

Hər bir müsəlman Abdulla ibn Xuzafənin başını öpməlidir və mən bunu birinci
edəcəyəm.
Ömər ibn əl-Xəttab, (Allah ondan razı olsun)

Bu hekayətin qəhrəmanı Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) Abdullah ibn Xuzafə əs-Səhmi adında olan səhabələrindən biridir.
Ola da bilsin ki, ona qədər milyon ərəbin yanından ötüb keçərək onlara heç bir diqqət yetirməyən tarix bu insanın yanından da ötüb keçə bilərdi.
Lakin əzəmətli Islam Abdullah ibn Xuzafə əs-Səhmiyə, öz vaxtında, yer kürəsinin iki hökmdarı ilə - Fars çarı (xosrovu) və Bizans imperatoru ilə görüşməyə imkan vermişdir.
Bu görüşlərdən hər biri mühüm hadisə olmuş və onlar həmişəlik olaraq insanların yaddaşına həkk edilmiş və ümumdünya tarixi səlnaməsinə əbədi daxil olmuşdur.
Abdullahın Fars çarı ilə görüşü hicrətin altıncı ilində, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) əcnəbi ölkələrin çarları və krallarına Islam dinini qəbul etməyə dəvət edən müraciəti ilə səhabələrindən ibarət səfarətlər göndərməyi qərara aldığı zaman baş verdi.
Bununla yanaşı Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bu missiyaların təhlükəli olduğunu gözəl dərk edirdi...
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) elçiləri, əvvəllər ərəblərin heç bir əlaqəsi olmayan uzaq və naməlum ölkələrə getməli idilər.
Onlar həmin ölkələrin xalqlarının dilləri ilə tanış deyildilər və həmin ölkələrin hökmdarlarının xasiyyəti haqqında heç nə bilmirdilər...
Həm də onlar bu ölkələrin hökmdarlarını öz dinlərindən əl çəkməyə, qüdrət və hakimiyyətlə vidalaşmağa, yaxın vaxtlara qədər onların hökmranlığı altında olan bir xalqın dinini qəbul etməyə dəvət etməli idilər...
Belə bir addım olduqca təhlükəli iş idi və bu cür tapşırıqlarla gedən nümayəndəliklərin qayıdacağına ümid az olurdu, - qayıdanlar isə - yenidən dünyaya gəlmiş sayılırdılar.
Ona görə də, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) səhabələrini yığıb onlara müraciət etdi. Əvvəlcə o (ona Allahın salavatı və salamı olsun) Allaha həmdusənalar etdi, Ona təriflər dedi, şəhadət gətirdi və sonra buyurdu:
“Beləliklə, mənə hökm olunub ki, sizin bğzilərinizi əcnəbi çarlarının və hökmdarlarının yanına göndərim ki, onlara bildirəsiniz: “Mən istəyirəm ki, Israil oğullarının Isa ibn Məryəmlə mübahisə etdiyi kimi, siz də mənimlə mübahisə etməyəsiniz””.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) səhabələri dedilər: “Biz, ey Allahın Elçisi, sənin istədiyin nə varsa, hamısını yerinə yetirməyə hazırıq. Ona görə, bizi hara istəyirsən, göndər”.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özünün səhabələri arasından altı nəfərini onun müraciətlərini ərəb və əcnəbi hökmdarlarına çatdırmaq üçün tövsiyyə etdi. Bu altı nəfər seçilmişlərdən biri Abdullah ibn Xuzafə əs-Səhmi oldu. Ona Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) müraciətini Fars qeysərinə çatdırmaq həvalə olundu.
Uzaq səfərə hazırlaşaraq, Abdullah ibn Xuzafə arvadı və oğlu ilə vidalaşdı və sonra öz məqsədinə çatmaq üçün hərəkətə gələrək dağları və düzənlikləri aşdı. Bütün yol boyu o tək-tənha gedirdi, təkcə Allah onunla idi. Axırı ki, o gəlib Fars ərazilərinə çatdı və qeysərin hüzuruna daxil olmaq üçün icazə istədi. O, saray əyanlarına özü ilə qeysərə çatdırası məktub gətirdiyini bildirdi.
Bundan sonra qeysər sarayının bəzədilməsinə, görüşə hazırlıq görülməsinə göstəriş verdi və zadəgan fars xadimlərini məşvərət üçün dəvət etdi. Onlar tezliklə taxt-tac olan iqamətgahda toplandılar. Sonra Abdullah ibn Xuzafəyə qeysərin yanına girməsinə icazə verildi.
Abdullah ibn Xuzafə, nazik örtük geymiş və üstündən çiyninə qalın parçadan bürüncək salmış fars hökmdarının hüzuruna daxil oldu. Abdullahın geyimində bədəvi ərəbinin sadəliyi açıq-aydın hiss olunurdu. Lakin bununla belə o, saraya başını dik tutaraq təzim etmədən daxil oldu. Onun zahiri görkəmində Islamın qüdrəti hiss olunur, qəlbində isə öz dininə görə fəxr duyurdu.
Abdullahın ona yaxınlaşdığını görən qeysər, özünün saray adamlarından birinə işarə edib məktubu onun əlindən almağı ona əmr etdi. Lakin Abdullah, buna etiraz etdi:
- Yox, Allahın Elçisi mənə əmr etmişdir ki, onun məktubunu şəxsən sənə təqdim edim. Mən Allahın Elçisinin hökmünü poza bilmərəm.
Qeysər öz adamlarına dedi: “Ona yol verin, qoy yanıma gəlsin”. Abdullah qeysərə yaxınlaşaraq məktubu əlbəəl ona təqdim etdi.
Qeysər əl-Xirədən olan ərəb mirzəsini çağırıb ona məktubu açmağı və sonra oxumağı əmr etdi.
Məktubda deyilirdi:
“Mərhəmətli, Rəhimli Allahın adı ilə... Allahın Elçisi Məhəmməddən Fars qeysəri Xosrova, hidayət yolu ilə gedənə salam olsun...”
Xosrov məktubun başlanğıc ifadələrini eşidən kimi qəzəbindən köksü qabardı, üzü qızardı, boyun damarları aciğdan qanla dolub şişdi.
Xosrovun qəzəbinə səbəb olan Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) məktubunu ilk növbədə öz adını çəkməklə başlaması olmuşdu...
Fars çarı məktubu mirzəsinin əlindən alib, onda yazılanlarla tanış olmadan, onu cıraraq tikə-tikə doğramağa başladı.
Eyni zamanda o belə qışqırırdı: “Necə olub ki, o mənə bu tərzdə müraciət edib? Axı o mənim qulumdur!”
Sonra o Abdullahı onun yanından çıxarmağı tələb etdi və bu yerinə yetirildi.
Abdullah ibn Xuzafə zaldan çıxdı və fikirləşməyə başladı ki, görəsən Allah onunla necə rəftar edəcək: onu öldürəcəklər və ya sağ qoyacaqlar, amma öz-özünə belə dedi: “Mənə nə edəcəklərinin mənimçün fərqi yoxdur, onsuz da mən Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) tapşırığını yerinə yetirmişəm”. O öz dəvəsinə minərək sürətlə Mədinəyə tərəf getdi.
Xosrovun qəzəbi soyuyandan sonra o, Abdullahı yanına gətirməyi əmr etdi, amma Abdullah artıq getmişdi. Onlar onu axtardılar, lakin onun izi-tozu belə qalmamışdı. Ərəbistana gedən yolla onun dalısıyca çapsalar da, ona çata bilmədilər.
Peyğımbərin (ona Allahın salavatı və salamı olsun) yanına gələrək, Abdullah ona bütün olanları, Xosrovun hüzurunda baş verənləri, onun məktubu cırmasını danışdı, Peyğımbər (ona Allahın salavatı və salamı olsun) isə ancaq bunu dedi: “Allah onun şahlığını dağıtdı”.
Xosrov isə, gah özünün Yəməndəki canişini Bazana belə yazdı: “Xicazda peyda olmuş bu adamın yanına öz pəhlivanlarından ikisini göndər və qoy onlar onu mənim yanıma gətirsinlər...” Bazan özünün iki ən yaxşı adamını Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına məktubla göndərdi. Məktubda deyilirdi ki, Fars ölkəsinin canişini ona qətiyyən ləngimədən onlarla birlikdə Xosrovun hüzuruna getməyi əmr edir...
O öz adamlarına Peyğımbər (ona Allahın salavatı və salamı olsun), onun dini haqqında ətraflı məlumat toplamağı və sonra da əldə edilmiş məlumatlarla onun yanına gəlməyi əmr etmişdi.
Çaparlar qətiyyən yubanmadan canişinin əmrini yerinə yetirməyə getdilər və tezliklə gəlib ət-Taifə yetişdilər. Onlar orada qurreyş tacirlərini tapıb Muhəmməd (ona Allahın salavatı və salamı olsun) haqqında soruşmağa başladılar. Adamlar bildirdilər ki, o Yəsribdədir.
Tacirlər sevincək halda Məkkəyə yollandılar. Orada onlar qurreyşliləri təbrik edərək deyirdilər:
- Sevinin! Xosrov Muhəmmədlə maraqlanır və sizi onun şərindən xilas edəcək.
Elə həmin vaxt iki çapar Mədinəyə tərəf yollarına davam edirdilər və ora gələn kimi Peyğımbəri (ona Allahın salavatı və salamı olsun) axtarıb tapdılar və Bazanın məktubunu ona verdilər və Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) dedilər:
- Şahənşah bizim canişin Bazana yazıb ki, sənin dalınca adam göndərsin və səni onun yanına aparsınlar... Budur, biz də gəlmişik ki, sən bizimlə birlikdə Xosrovun yanına gedəsən. Sən razılaşsan, biz Xosrovun qarşısında sənə görə xahiş edərik və o sənə xətər yetirməz. Əgər sən getməyə razılaşmasan, Xosrovun gücü, qüdrəti və onun səni və xalqını məhv etmək bacarığı haqqında danışmağa ehtiyac yoxdur.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) gülümsəyərək, onlara belə buyurdu:
- Gedin, düşdüyünüz yerdə gecələyin, səhər isə yanıma gəlin.
Səhərisi gün Peyğımbərin (ona Allahın salavatı və salamı olsun) yanına qayıdaraq, çaparlar ondan soruşdular: “Hə, sən bizimlə Sosrovun görüşünə getməyə hazırsanmı?”
Peyğımbər (ona Allahın salavatı və salamı olsun) onlara dedi:
- Siz Xosrovla bir daha görüşməyəcəksiniz. Allah onu oğlu Şiraveyhin əli ilə filan ayın filan günü gecə vaxtı öldürdü...
Hər iki çapar son dərəcə böyük təəccüb içində gözlərini heyrətlə Peyğımbərə (ona Allahın salavatı və salamı olsun) zillədilər.
- Sən bilirsənmi nə deyirsən? – deyə hər ikisi birdən dilləndi. – Biz nə edək, bu barədə Bazana yazaqmı?!
“Bəli, - deyə Peyğımbər (ona Allahın salavatı və salamı olsun) cavab verdi. – Bir də Bazana çatdırın ki, həqiqətən, mənim dinim Xosrovun şahlığının sərhədlərinin olduğu bütün ərazilərə yayılacaq. Əgər o, Islamı qəbul etsə, mən ona, indi əlinin altında olan hər nə varsa, hakimiyyət verərəm və onu öz xalqının hökmdarı təyin edərəm”.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) hüzurundan çıxaraq hər iki çapar Bazanın yanına getdilər və baş verən hadisəni ona xəbər verdilər. Bütün bunları biləndən sonra, Bazan dedi: “Əgər Muhəmməd deyənlər doğrudan da həqiqətdirsə, onda o – Peyğəmbərdir. Əgər bu belə deyilsə, onda nə edəcəyimizi qərarlaşdırarıq...”
Tezliklə Bazan Şiraveyhdən məktu aldı və onda deyilirdi:
“Beləliklə, xəbər verirəm ki, Xosrovu öldürdüm. Mən bu qətli ondan xalqımızın intiqamını almaq üçün yerinə yetirdim. Xosrov özbaşınalıq edir, ən yaxşı və əsil nəcabətli insanları öldürür, qadınları öz hərəmxanasına apartdırır və xalqın var-dövlətini mənimsəyirdi. Bu məktubu alan kimi bütün təbəələrini mənə itaət etməyə məcbur et”.
Şiraveyhin məktubunu oxuduqdan sonra, Bazan onu bir kənara atdı və elan etdi ki, o, Islam dinini qəbul etdi. Islamı onunla birlikdə həmin vaxt Yəməndə olan bütün farslar da qəbul etdilər.
Abdullah ibn Xuzeyfənin farsların qeysəri Xosrovla görüşünün tarixçəsi belə idi.
Bəs onun Bizansın imperatoru ilə görüşünün tarixçəsi necə olmuşdu?
Imperatorla bu görüş Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) xəlifəliyi zamanında baş vermişdi. O görüş haqqında hekayət ən maraqlı və gözəl tarixçələrdən biridir...
Hicrətin ondoqquzuncu ilində Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) tərkibində Abdullah ibn Xuzeyfə əs-Səhmi də olan ordunu bizanslarla müharibəyə göndərdi.
Bizansın qüdrətli imperatoruna müsəlman qoşunlarının səfərə çıxması, onların Islama fədakarcasına sadiq olması, Allah və Onun Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) naminə onların dini-imanda sarsılmazlığı və fədakarlığı haqqında xəbər verildi.
Imperator öz sərkərdələrinə əmr etdi ki, müsəlmanlardan əsir düşən olsa birini, ona xətər yetirmədən və sağ-salamat saxlayıb onun hüzuruna gətirsinlər.
Allahın qədəri belə imiş ki, bizanslara məhz Abdullah ibn Xuzeyfə əs-Səhmi əsir düşdü. Onlar onu dərhal imperatorlarının yanına aparıb dedilər: “Bu adam – Muhəmmədin ilk səhabələrindəndir. Biz onu əsir götürdük və sənin yanına gətirdik”.
Bizans imperatoru Abdullah ibn Xuzeyfəni uzun-uzadı və diqqətlə nəzərdən keçirdi və sonra birinci olaraq sakitliyi pozdu:
- Mən sənə təklif edirəm.
- Hansı təklifi? – deyə Abdullah soruşdu.
- Mən sənə xristian dinini qəbul etməyi təklif edirəm, - deyə imperator bildirdi. Sən bunu qəbul etsən, səni azad edərəm və hara istəyirsən gedə bilərsən və sənə hər cür hörmət göstərərəm.
Əsir böyük ləyaqətlə və qəti olaraq belə cavab verdi: “Yox, bu mümkün deyil! Sənin məni dəvət etdiyindən, ölüm daha əzizdir və mən onu sənin təklifindən min dəfə üstün tuturam”.
Imperator dedi: - Mən görürəm ki, sən ləyaqətli adamsan. Əgər təklifimə razılaşsan, səni dövləti idarə etməkdə özümə yaxın adam edərəm və hakimiyyətimi səninlə bölərəm.
Qandallanmış əsir gülümsəyərək dedi:
- Allaha and olsun, əgər sən mənə malik olduğun hər şeyi, ərəblərin malik olduqlarını da versən, mən Muhəmmədin dinindən bir azca belə geri çəkilim, yenə də mən bu təklifə razılaşmaram.
Imperator dedi:
- Belə olduğu halda mən səni öldürərəm.
- Ürəyin necə istəyir, elə də et, - deyə Abdullah cavab verdi. Imperatorun əmri ilə Abdillahı çarmıxa çəkdilər, sonra o, yunan dilində öz oxatanlarına dedi: “Oxları belə atın ki, onun əllərinin yanında sancılsınlar”. Bundan sonra imperator bir də ona xristianlığı qəbul etməyi təklif etdi, lakin Abdullah boyun qaçırdı.
Belə olduqda imperator əmr verdi: “Oxları belə atın ki, onun ayaqları yanında yerə sancılsınlar”. Eyni zamanda imperator yenə də Abdullaha dinindən əl çəkməsi təklifini təkrar etdi, ancaq rədd cavabı aldı.
Bundan sonra imperator öz adamlarında ox atmağı dayandırmağı və Abdullahı çarmıxa çəkildiyi xaçdan açıb götürməyi əmr etdi.
Sonra isə əmr etdi ki, yağla dolu böyük bir qazan gətirsinlər və onu odun üstünə qoysunlar. Yağ qaynamağa başlayanda, o iki nəfər əsir lüşmüş müsəlmanı gətirməyi və onları qaynar yağa atmağı əmr etdi. Adamları qazana atdıqda onların bədəni dərhal əriməyə başladı və az sonra ancaq sümükləri qaldı...
Imperator Abdullah ibn Xuzeyfəyə tərəf dönərək ona xristianlığı qəbul etməyi təklif etdi. Amma bu dəfə Abdullahın rədd cavabı daha qəti oldu.
Göstərdiyi cəhgdlərin fayda vermədiyindən məyus olan imperator Abdullahı də onun iki yoldaşının diri-diri qaynadıldığı qazana atılmasına əmr verdi. Abdullahı qazanın yanına gətirən zaman, o ağladı. Bunu görüb, imperatorun adamları öz hökmdarlarına dedilər: “O ağlayır...”
Abdullahın qorxduğunu güman edən imperator əmr etdi:
- Onu yanıma gətirin!
Abdullah onun qarşısında dayananda imperator bir də ona xristianlığı qəbul etməyi təklif etdi, amma yenədə qəti rədd cavabı ilə qarşılaşdı.
Belə olduqda imperator ondan soruşdu: “Ey bədbəxt! Bəs onda niyə ağlayırdın?!”
Abdulla belə dedi: “Gözlərimdən yaş axmasının səbəbi – öz haqqımda belə düşünməyim oldu: indi səni bu qazana atascaqlar və ruhunu Allaha tapşıracaqsan. Mən isə çox istəyirəm ki, insanın bədənində olan tükləri qədər ruhları olaydı ki, onların hər birini Allah xatirinə qazana ataydılar”.
Zalım hökmdar soruşdu:
- Yaxşı, onda sən mənim başımı öpməyə necə baxırsan? Buna görə səni azad edərəm!
Abdullah ondan soruşdu:
- Buna görə qalan bütün əsir müsəlmanları da azad edərsənmi?
Imperator dedi:
- Bəli, onda bütün digər müsəlman əsirləri də azad edərəm.
Abdullah dedi:
- Mən özlüyümdə fikirləşirəm ki, əgər mən Allahın düşmənlərindən birinin başını öpdüyümə görə o məni və bütün digər əsir müsəlmanları azad edərsə, bu işdə mənim üçün bir günah olmaz.
Sonra Abdullah əyilib imperatorun başından öpdü. Bundan sonra Bizans hökmdarı bütün əsir müsəlmanları bir yerə yığıb onları Abdullah ilə birlikdə azad etməyi əmr etdi. Bu qayda ilə onlar hamısı azad edildilər.
Abdullah ibn Xuzeyfə Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) yanına gəlib başına gələnləri ona danışdı. Xəlifə təsvirolunmaz bir sevinc hissi keçirdi və xilas edilmiş əsirləri görüb dedi: “Hər bir müsəlman Abdullah ibn Xuzeyfənin başından öpməlidir... və mən bunu birinci edirəm...”
Ayağa qalxaraq, o onun başından öpdü...


Tarix: 27.04.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 759 Bölmə: Peyğəmbərlərin Həyatı