Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Ticarət və Faiz məsələləri)

Ticarətin Təşviq Edilməsi və Doğruluğun Fəziləti

Böyük islam alimləri Hz. Məhəmmədin (s.a.v.) peyğəmbərliyinin dəlillərinin başında hamının qəbul etdiyi doğruluğunu örnək göstərirlər. Onun bu xüsusiyyəti sadəcə müsəlmanlar tərəfindən deyil, Məkkəli müşriklər tərəfindən qəbul edilmiş bir gerçəkdir.
İslamiyətin doğuşu ilə birlikdə Peyğəmbərimiz (s.a.v.) bütün insanlığı, həyatlarının hər bir anında dürüst olmağa çağırmışdı.
"Doğruluqdan yapışın doğruluq yaxşılığa aparar. Doğruluq və yaxşılıq sahibləri cənnətdədir. Yalandan qaçın, yalan söyləyənlər və pislik edənlər cəhənnəmdədir." (Təbərani)

"Doğruluğu riayət edin. Çünki doğruluq xeyrə aparar. İnsan doğru söyləyib doğruluğu araşdıra-araşdıra Allah qatında doğruçu yazılar. Yalandan qorunun. Çünki yalan sapqınlığa aparar. Şübhəsiz sapqınlıq da cəhənnəmə aparar." (Müslim)
Peyğəmbərimiz "ticarətə davam edin. Çünki ruzinin onda doqquzu ticarətdəndir." Deyə buyurmuşdur.(Qaribul Hədis)
Rəsulullahın (s.a.v.), ticarətlə məşğul olanların doğruluğa böyük əhəmiyyət verməsi barəsində saysız hədisləri vardır. Bir hədisi şərifdə düzgün satıcının axirətdə şəhidlərlə bərabər olacağını müjdələyir. Doğruluğa əhəmiyyət verməyənlərin isə dünyada və axirətdə çətinliklərlə qarşılaşacaqları buyurulur.
Rəsulullah Əfəndimizin ticarətə əhəmiyyəti və ticarətin dürüstcə edilməsinə dair bir çox hədisləri vardır.
"Ticarətlə məşğul olanlar qiyamət günündə günahkar olaraq diriləcəklər. Ancak Allahdan qorxanlar, yaxşılıq edənlər və doğru olanlar müstəsna." (Tirmizi)
"Doğru olan tacir qiyamət günü Ərşi Əlanın kölgəsi altındadır." (Əsbahani)
"Malın ayıbını, qiymətini gizlədib və yalan söyləsələr, bəlkə karları olar fəqət alış-verişin bərəkətini məhv edərlər. Yalan and malı satdırar fəqət qazancı məhv edər." (Buxari)
"Malını satışa çıxaran ruziyə çatar, bahanalması üçün saxlayıb gözləyənlər Allahın lənətinə uğrayar." (Müslim)
"Alış-verişdə and, malın xərclənməsinə, qazancın əldən getməsinə səbəbdir." (Müslim)
"Bir malı satmaq istədiyin zaman satsan, yüksək qiymətə satmaq istədiyin qiyməti söylə." (Əbu Davud)
Müsəlmanlar ticarətlə məşğul olarkən, gündəlik ibadətlərində və qulluqda səhlənkarlıq etməməlidirlər. Çünki dünya nemətlərini əldə etməyə çalışarkən axirətini təhlükəyə ata bilər. Peyğəmbərimiz bu mövzu barəsində belə buyurur: "Mənə mal topla və satıcı ol deyə vəhy olunmadı. Fəqət mənə Rəbbini an, səcdə edənlərdən ol və ölüm gəlincəyə qədər Rəbbinə ibadət eylə deyə vəhy olundu."(İbn Mərdiyə)
"Bir malın qüsurunu söyləmədən satmaq heç kimə halal olmaz. Malın bu qüsurunu bilənə də onu söyləməmək halal olmaz." (Bəyhaki)
"Qazancın haradan gəldiyinə əhəmiyyət verməyəni, Allahu Təala hansı qapıdan cəhənnəmə atacağına diqqət etməz." (Deyləmi)
İslam dinində maddiyyat ilə mənəviyyat arasında bir məsafə yoxdur. Çünki möminin Allahın əmirlərinə riayət edərək etdiyi bütün işlər ibadət hökmündədir. Özümü dinə həsr edirəm məntiqi ilə cəmiyyətdən soyumaq İslam dininin məntiqi ilə ziddiyyətdədir.
Hz. Əbubəkr (r.a.) dövründə müsəlman satıcılar, ticarət üçün Filipiyaya qədər getmişdilər və oralara Allahın (c.c.) kəlamını aparmışdılar. İndi bu bölgədə yaşayan müsəlmanlar o vaxtı müsəlman satıcılardan təsirlənərək İslam dinini seçən insanların nəvələrdir. Bu örnəkdən də aydın olduğu kimi, insanlar Allaha (c.c.) olan qulluq vazifələrini unutmadıqca hansı mövzuda olursa olsun İslam dininə faydalı ola bilərlər.
"İnsanın yediyi yeməyin ən halalı, əlinin əməyi və düzgün alış-verişdən əldə etdiyi qazancdır." (Əhməd)
Ticarətdə diqqət edilməsi vacib olan digər ünsür faizdir. Günümüzdə, ticarətlə iç-içə olan faiz müəssisələrindən bütün müsəlmanlar qorunmalıdır. Çünki Allah (c.c.) Quranda faizə əhəmiyyət verməyənlərə acı bir əzabdan bəhs edir:
"Faiz (riba) yeyənlər, ancaq şeytan vurmuş olanın qalxışı kimi, vurulmuşdan başqa (bir tərzdə) qalxmazlar. Bu, onların: "Alım-satım da ancaq faiz kimidir" deməklərinə görədir. Allah, alış-verişi halal, faizi haram qılmışdır. Kimə Rəbbindən bir öyüd gəlib (faizə) son verirsə, artıq keçmişi özünə, işi də Allaha aiddir. Kim (faizə) geri dönərsə, artıq onlar atəşin xalqıdır, orada əbədi qalacaqlar." (Bəqərə Surəsi, 275)
Rəsulullah Əfəndimiz (s.a.v.) də faiz mövzusunda möminləri belə xəbərdar edir: "Merac etdiyim zaman gecə yeddinci göydə üstümdə ildırım və şimşək səsi eşitdim. Orada göbəyləri önlərinə sallanmış və bir otaq qədər böyümüş insanlar gördüm. İçlərində olan ilan və əqrəblər bayırdan görünürdü. Cəbrayıldan (a.s.) bunların kim olduğunu soruşduqda bunlar faiz yeyənlərdir dedi."(Bəyhaqi)
"Faiz yetmiş qapıdır. Ən xəfifi də insanın öz anasına təcavüz etməsi kimidir. Ən ağırı isə insanın bir mömin qardaşının şərəf və layaqətinə təcavüzüdür." (Təbərani)

Bu gözəl məqaləni bir mömin bacımız göndərib.Allah ondan razı olsun.


Tarix: 27.04.2013 / 17:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...