beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhərlər burun tıxanmasına qarşı nə etməli?

Səhərlər oyandığınız zaman burnunuzda müxtəlif cür narahatlılıqlar, başqa sözlə ifadə etsək burundan normal nəfəs almama problemi və boğaz nahiyəsində qaşınmaya bənzər bir narahatlıq hissi ilə rastlaşa bilərsiniz.
Bu zaman həlli mümkün olan bu problemi həll etmək üçün kiçik bir tədbirə əl atmaq heçdə pis olmaz.
Onuda qeyd etmək lazımdır ki, bu problem havanın quruluğundan qaynaqlanır.
Əgər otağı havalandırmadıqda qapıları bağlı olaraq saxladıqda, bədəni isə olduqca isti bir temperatura öyrəşdirdikdə bu kiçik narahatlıq hissinə səbəb ola bilər.
Həll variantları müxtəlif cür olan bu problemi gecə qızdırıcı üzərinə bir stəkan qaynar su qoymaqla da həll etmək olar. İçinə isə bir budaq adaçayı atmaq lazımdır.
Bu havanın ionizə (ionlaşmasına) olmasını təmin edərək bronxların qurumasına qarşısını alacaq.


Tarix: 19.01.2015 / 15:51 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Otolorinqologiya