beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Botoks etdirmək istəyən kişilərin nəzərinə!

Kişi və botoks. Hər nə qədər bu iki anlayışın yanaşı işlənməsinə öyrəşməsək də, mütəxəssislərin sözlərinə görə, son illər ərzində kişilər də qadınlar qədər bu əməliyyata müraciət edirlər. Bəs kişilərə ən çox hansı halda bu əməliyyat növünə müraciət etmək məsləhət görülür?
Mütəxəssislərin sözlərinə görə, qadınlar əsasən 35-40 yaşlarında dərilərində yaranan qırışıqlıqlara görə estetik cərahiyyəyə müraciət edirlər. Kişilərin isə botoksa müraciət etmə yaşı qadınlara nisbətən daha erkəndir. Bunun səbəbi kişi və qadın orqanizminin fərqli quruluşa sahib olmasıdır. Kişilərin bu barədə həkimə müaraciət etməsinin əsas səbəbi üzlərindəki yorğunluqdur.
Tibb işçilərinin sözlərinə görə, kişilərdə yorğunluq hissi keçsə belə, onun müəyyən cizgiləri, eləcə də narahat yuxudan sonra yastıq izləri uzun müddət göz və alın bölgəsində özün göstərir.
Kişilərin digər bir şikayəti isə müxtəlif xəstəliklərdən sonra dəridə, xüsusən də üz dərisində izi qalan sızanaq və yara izləridir ki, bunun da qarşısını almaq üçün lazer əməliyyatından və dəri altının doldurulması üsulundan istifadə edilməsi məqsədəuyğundur.
Həkimlərin sözlərinə görə, siqaret çəkən kişilər digərlərinə nisbətən botoksa daha çox müraciət edirlər. Bunun səbəbi onlarda erkən yaşda dodaq ətrafında və yanaqlarda incə qırışların yaranmasıdır. Lakin mütəxəssislərin sözlərinə əsasən, bu halda kişilərə botoks etdirmək məsləhət görülmür. Çünki botoks etdirdikdən sonra yenidən siqaret çəkilməsi bütün bu əziyyətin heç olması deməkdir.
Müəyyən yaşdan sonra kişilərin əksər hissəsinin qaşları nisbətən aşağıya doğru meyl edir. Bunun qarşısını almaq üçün əməliyyat zamanı yol verilən əsas səhvlərdən biri qaşların həddindən artıq yuxarıya dartılmasıdır. Kişilərdə gözlə qaş arasındakı məsafə o qədər də böyük olmadığı üçün onların bu cür əməliyyat olunması uğursuz hesab edilir. Uğursuz əməliyyatın digər bir göstəricisi isə emosianal nitq zamanı danışıq tərzi ilə uyğunlaşmayan, anlaşılmaz üz ifadəsidir. Əməliyyatdan sonra bu cür xoşagəlməz halla rastlaşmamaq üçün tibb işçiləri xəstələri mütəxəssis seçimində daha diqqətli olmağa dəvət edirlər.
Əksər kişilər bu kimi estetik əməliyyatlara qarşı olsalar da, amma qarşı tərəfdə özləri haqqında müsbət imic formalaşdırmaq istəyən bəylərimiz xarici görünüşləri barədə hər bir incə detala diqqət yetirməli olduqlarını unutmamalıdırlar. Əgər daha yaraşıqlı, daha baxımlı görünmək üçün tibb bizə bu qədər geniş imkanlar yardırsa, onlardan istifadə etmək lazımdır.


Tarix: 07.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Metroseksual