beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Başqaları ilə seks yaşamaq evliliyi uzunömrlü edir”

Bu yaxınlarda “Sun” qəzetində yer alan bir məqalə bütün oxucular tərəfindən birmənalı qarşılanmayıb. Qəzetə müsahibə verən Sarah ve David Rose cütlüyü evli olduqları il yarım ərzində 500 nəfərlə cinsi münasibətdə olduqlarını bildiriblər. Cütlüyün sözlərinə görə onların bu addımı atmasına əsas səbəb evliliklərini gücləndirmək, münasibətlərinə rəng qatmaq olub.
41 yaşında iki uşaq anası olan Sarah müsahibəsində bunları qeyd edib: “David və mən hələ də bir-birimizi ilk günkü kimi sevirik. Məncə, bunun əsas səbəbi bizim tez-tez tərəf müqabili dəyişdirməyimizdir. Bizim fikrimizcə, başqaları ilə seks yaşamaq evliliyi uzunömrlü edir”.
Cütlüyün sözlərinə görə, bir çox dostları onların bu hərəkətinə qarşı çıxsa, buna görə dostluq əlaqələrini kəssələr də, onlar bu vəziyyətdən şikayətçi deyillər. Davidin fikrincə isə, mütəmadi olaraq başqaları ilə cinsi əlaqədə olmaq evliliyi, münasibəti monotonluqdan xilas edir. Hətta cütlük evlilik ildönümlərini də başqaları ilə cinsi münasibətdə olaraq qeyd etdiklərini və bunun çox əyləncəli olduğunu bildirib.
Evliliklərinin əvvəlində başqaları ilə olan bu münasibətlərinin xırda qısqanclıqlara, münaqişələrə səbəb olduğunu bildirən cütlük zamanla bu anlaşılmazlıqları həll etdiklərini qeyd edib.
Cütlüyün sözlərinə görə, indi onlar həftədə ən azı iki dəfə başqa insanlarla cinsi münasibətdə olurlar. Bu vaxta qədərki seks tərəfdaşlarının sayı isə 500-dən yuxarıdır.


Tarix: 07.01.2015 / 14:03 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqsız