beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgilisinə nişan hədiyyəsi kimi 99 “iPhone 6” aldı

Çinin Quancjou əyalətindən olan gənc sevgilisinə qeyri-adi nişan hədiyyəsi alıb.
Lenta.ru-nun məlumatına görə proqramçı evlilik təklifi etdiyi sevgilisinə 99 ədəd “iPhone 6” smartfonu hədiyyə edib. Bütün bu hədiyyələr onun təxminən iki illik qazancı hesabına başa gəlib. Belə ki, gənc sözügedən evlilik hədiyyəsinə 80 min dollar xərcləyib.
Aldığı smartfonları ürək formasında düzən çinli gənc bunun xanıma yaraşan nişan üzüyü olacağını planlaşdırırmış. Bu gözlənilməz addımın qarşılığında isə xanım bütün gözləntilərin əksinə olaraq təklifi rədd edib. Heç də xoş sonluqla nəticələnməyən bu eşq etirafı haqqında hazırlanan həvəskar fotorepartaj isə “Weibo” sosial şəbəkəsində dərc edilib.


Tarix: 07.01.2015 / 14:02 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Maraqsız