beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardıcıl bir neçə dəfə sekslə məşğul olmaq - Həkim Məsləhəti

Heç də hər bir kişi ardıcıl bir neçə dəfə sekslə məşğul ola bildiyi ilə lovğalana bilməz. Ardıcıl bir neçə defə sekslə məşğul olmağı necə öyrənmək olar?

Əksər qadınlar orqazma bir neçə dəfə hazır olur. İş ondadır ki, qadınlar birinci orqazmdan sonra hələ də ehtiraslı olurlar və növbəti əlaqəyə hazır olurlar.

Başqa sözlə desək çox az sayda qadın var ki, seksə biganədir və seksin tez yekunlaşmasının tərəfdarıdır. Elə qadınlar da var ki, tam bir orqazm yaşamır, ardıcıl kiçik orqazmlarla kifayətlənirlər.

Qadının seks reaksiyası kişilər tərəfindən çətin anlaşılandı. Bu emosionallığın, fiziki halın, kişiyə olan hisslərin, tərbiyənin sintezidir. Buna görə ehtimal var ki, qadın bir orqazmdan sonra ikinci orqazma da hazır olacaq. Burada istisna olaraq orqazmdan sonra istirahət etmək istəyən qadınları, tez yorulan qadınları qeyd etmək olar.

Kişilərə gəldikcə burada vəziyyət daha çətindir. Bir seks zamanı ardıcıl 6 orqazm yaşayan kişilər az deyil, lakin bunu hər gün etmək mümkünsüzdür və belə hallarda kişi heç bir yerə tələsməməlidir ki, tələsik bu qədər orqazm mümkünsüzdür. Lakin bunu edə bilən kişilər də istisna deyil. Eyni zamanda ikinci ereksiyanı yaşa bilməyən kişilər də vardır. Bunun səbəbləri fiziki və psixoloji amillərlə əlaqəlidir. Bəzi kişilər seksi yorucu proses hesab edib, sekslə yarı güclərinə məşğul olurlar.

Əsas məqsəd ereksiyaların sayı deyildir. Kişilər növbəti ereksiyadan sonra ikinci dəfə ereksiyaya əlin köməyi ilə də gələ bilər. Əsas tez olan eakulyasiyanı idarə etməkdir ki, ikinci dəfə çox güman ki, eakulyasiya olmaya da bilər. Bir çox kişilər bununla özlərini yormurlar və ardıcıl ikinci ereksiyaya saxlayırlar. Lakin ilk əlaqənin həzzi əvəzolunmazdır.

İkinci ereksiyaya tez eakulyasiyası olan kişilər üstünlük verirlər. Bunu növbəti 30 dəqiqədə ereksiya ola bilən kişilər edə bilir. Bu kədərlənmək üçün səbəb deyil. İkinci dəfə orqazmı tam yaşa bilməsə də, kişilər qadının aldığı həzzi hiss edir və əlaqəni 10-20 dəqiqə davam etdirə bilir.

Bir halda ki, kişi həyacanlanır və ya ikinci dəfəyə hazır ola bilmirsə bu zaman qadın vəziyyəti ələ almalıdır. Qadın təəsüflənmişlik nümayiş etdirməməli, əks halda bu münasibətlərin sonu ola bilər. Qadın kişinin başını qatmalı, kişi istirahət etdikdən sonra qadın əli ilə kişiyə kömək etməlidir. Kişi özünü zəif hiss etməməsi üçün qadın əlindən gələni etməlidir.

Bəzi məqamları nəzərdə tutmaq lazımdır: bəzi kişilər ilk orqazmdan sonra penisində ağrılar hiss edir. Bu səbəbdən kişilərə ilk orqazmdan sonra mütləq istirahət lazımdır. Lakin əgər kişi gözləmək istəmirsə yarımçıq ereksiya ilə də əlaqəyə girmək olar. Bunun üçün arxadan yan uzanmış vəziyyətdə daxil olmanı həyata keçirtmək olar.

Güclü yorğunluq zamanı kişilər əllə manipulyasiya zamanı da eakulyasiya ola bilər. Bəzi kişilər uzunmüddətli ereksiya malik olsalar da eakulyasiyaya çata bilmirlər. Tez eakulyasiya isə əsasən az-az sekslə məşğul olanlarda olur.


Tarix: 31.03.2015 / 17:38 Müəllif: Aziza Baxılıb: 225 Bölmə: Maraqli Melumatlar