beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi yetkinlik...

Cinsi yetkinlik nedir?
İnsan orqanizmi heyatı boyu deyişikliye meruz qalır. Bu deyişiklikler cinsi yetkinlik dövründe, yeni qız ve ya oğlan yetkinliye ilk addımlarını atdığı zaman özünü daha qabarıq şekilde büruze verir. Qızlarda (9-13 yaşlarında) cinsi yetkinlik oğlanlara (11-14 yaşlarında) nisbeten tez başlayır.

Qeyd etmek lazımdır ki, cinsi yetkinliyin başlanğıcı, intensivliyi ve başa çatması ferdidir. Burada her hansı bir yaş heddi yoxdur. Eger bu proses 8 yaşına qeder ve yaxud 14 yaşdan sonra başlayarsa, o zaman hekime müraciet etmek lazımdır.
10-20 yaşlar arasında olan ferdler yeniyetme sayılır. Yeniyetme ne uşaq, ne de yaşlı insan sayılır. Yeniyetmelik dövrü görkemin, dünya görüşünün, psixikanın, emosional sferanın deyişilmesi ile seciyyelenir.
Onlara kömek lazımdır

Orqanizmde baş veren deyişiklikler yeniyetmelere ve onların valideynlerine çoxlu qayğı getirir. Yeniyetmelerde qeyd edilir:

Tez esebileşme;
Ehvalın gözlenilmeden deyişmesi;
Onu heç kimin başa düş-memesi hissiyyatı;
Bacarıqsızlıq ve tenhalıq hissiyyatı.

Yeniyetmeler etrafda baş veren her şeye çox hessas olurlar. Onlar çox emosional olur ve ona göre de yanlış qerar qebul ede bilerler. Bu zaman onlara sizin kömeyiniz çox vacibdir.
Siz oğlunuz ve qızınızla çox yaxın olun, tez-tez söhbet edin, öz heyatınızdan misallar getirin, onlarla dost olun. Uşağınızın atdığı her hansı addıma hörmetle yanaşmağa çalışın.

Hemyaşıdların tesiri
Dostunuzun Sizi yaxşı işlere celb etmesi (ümumi marağınız daxilinde, müxtelif sahelerde, hetta mehebbetde), uğur qazanmağınızda çox vacibdir.
Dost hem de Size menfi tesir ede biler Sizi ailenizin adetlerini pozmağa tehrik ede biler, kobud davrana biler, Sizi narkotik qebul etmeye mecbur ede ve yaxud hazır olmadığınız halda cinsi elaqeye sövq ede biler.
Size dostlarla birlikde vaxtınızı keçirmek hemişe xoşdur. Bes başqalarının etdiyini etmek istemediyiniz zaman ne etmelisiniz?

Ola biler ki, tez ve ya gec Sizin dostunuz "Biz hamımız bunu etmeliyik” dediyi halda Siz bundan imtina etmelisiniz. Bunu etmekden evvel mütleq fikirleşmek lazımdır. Eger Sen imtina etmek isteyirsense, bunu nece etmelisen?

Nezere al ki, Sizin aranızda bezileri lider axtarır ki, o, hamıya lazımsız hereketden imtina etmeye kömek etsin. Sen hemin lider ola bilersen!

Yaşıdlarının çoxu Sene hörmetle yanaşacaq. Ne üçün? Çünki onlar görecekler ki, Sen heç kimden asılı olmayan şexsiyyetsen, kütlenin bir hisse-si deyilsen. Bundan elave, bu Senin özüne inamını ve hörmetini artırmış olacaq.
"Siz öz şexsi mövqeyinizi qoruyursunuzsa, özünüze ses vermiş olursunuz ve şexsi inamlarınıza sadiq qalırsınız ki, bu da hemişe xoşdur”
Kerol Veston

İmtina et
Senin etrafında çoxlu narkomanlar, siqaret çekenler, alkoqollu içkileri sevenler vardır.
Ağıllı insanlar hemişe onlardan aralı gezirler.
Ne üçün? Onlar bilirler ki, narkotikler, tütün, alkoqol insan orqanizmi üçün çox zererlidir. Sen de onlar kimi bu zererli adetlerden uzaq ol!
Bununla da sen öz sağlamlığına ve geleceyine temiz yol açmış olursan.


Tarix: 29.11.2014 / 11:07 Müəllif: Aziza Baxılıb: 474 Bölmə: Maraqli Melumatlar