beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5 illik evlilərə həftədə 3 gün seks

5 illik evlilərə həftədə 3 gün, 10 illiklərə 2 gün seks

“Biz artıq yaşlandıq hər vaxt seks edə bilmərik” düşüncəsinə qapılmayın. Seks həyatınızda həmişə olsun. Evliliyin ilk beş ilində həftədə üç dəfə sonrakı on ildə həftədə iki sonrakı illərdə həftədə bir dəfə əlaqəyə girin

Cinsi problemlərin önə çıxarıldığı Avropa Urologiya Dərnəyi Konqresində; cütlərə evliliyin ilk beş ili həftədə üç dəfə sonrakı on ili həftədə iki dəfə və sonrakı illərdə ən az bir dəfə cinsi əlaqə yaşamaları tövsiyə edildi. Mütəxəssislər “artıq yaşlanıram seks istəmirəm” deyənlərə “yaşlılıq azalan cinsi instinktinizin bəhanəsi ola bilməz” şərhini etdi.

22. Avropa Urologiya Konqresi Almaniyanın paytaxtı Berlində təşkil edilən mətbuat konfransında kişi cinsi funksiya pozuqluğu haqqında bir çox məlumatın təqdim edildiyi konqresdə kişilərin gedərək azalan instink səviyyəsini yüksəltmək üçün inkişaf etdirilən yeni formulalar müzakirə edildi. Dünyada xüsusilə şəhərli kişilərin libidolarında azalma olduğunu vurğulayan mütəxəssislər 40 yaşını keçən kişilərin 25%-də testestoronun azaldığına bunun da həyat müvəffəqiyyətindən depressiyaya qədər bir çox problemə gətirib çıxardığına toxundu. Dünyada 152 milyon cinsi funksiya pozuqluğu yaşayan kişi olduğunu izah edən mütəxəssislər problemi olan hər on kişidən yalnız birinin müalicəyə müraciət etdiyini onların da yarısının müalicəni yarım saxladığını izah etdi.

Testesterona diqqət!

Libido azlığının bəzən son dərəcə sadə bir səbəbdən məsələn hormon azalmasından qaynaqlana biləcəyini ifadə edən mütəxəssislər testestoron əskikliyinin bədəndə buraxdığı bir sıra yaşlanma təsirinin yanında seks həyatı üzərində də mənfi təsir göstərdiyinə diqqət çəkdi. Cinsi həyatdan artıq kifayət qədər zövq almamaq və seksdən qaçmanın testestoron azlığının ən əhəmiyyətli əlaməti olduğunu izah edən tanınmış Endokrinolog Prof. Dr. Pierre Marc Gilles Bouloux “Orta yaş artıq kişinin yüngül qarın buraxdığı dövr olaraq qəbul edilir. Bu dövrdə bədən əzələ sistemində boşalma baş verir və bu kişilər seks mövzusunda kifayət qədər həvəsli olmur. Yoldaşıyla əhəmiyyətli bir problemi olmadığı halda cinsi istəyi azalır. Bu vəziyyətdəki kişilərə əvvəlcə testestoron ölçümü təklif edirik” dedi.

Gənclərdə də risk var

Gənc kişilərin də testestoron azalmasına bağlı olaraq bu problemlərlə qarşılaşdıqlarını izah edən Prof. Bouloux belə davam etdi: “Səhər 09.00 elə 10.00 arasında ediləcək kiçik bir qan testi hormon səviyyəsini açıqca göstərir. Daha sonra da sadə bir müalicə gel ya da iynə bütün bu itirilənlərin qazanılmasına köməkçi ola bilir. Kişilər hormon əskikliyi səbəbiylə seks güclərini itirmişlərsə yenidən canlanırlar və bədənləri cavanlaşır.” Uzun müddətdir evli olan cütlərin seks həyatının artıq kifayət qədər hərəkətli olmayacağı istiqamətindəki düşüncələrin əsassız olduğunu vurğulayan Dünya Seks Komitəsi Başçısı məşhur sekselog Prof. Dr. Rubio Aurioles, yoldaşlara seksin reseptini yazdı: “Biz artıq yaşlandıq hər vaxt seks edə bilmərik” düşüncəsinə inanmayın. Evliliyin ilk beş ilində cütlər həftədə üç dəfə seks etməlidir. Sonrakı on ilində bəlkə bu həftədə ikiyə düşə bilər. Daha irəlidəki illərdə də həftədə bir. Amma cinsi əlaqə sıxlığınız gedərək azalırsa və bu ərinizdən qaynaqlanırsa bir şəkildə onu həkimə getməyə razı salın. Əvvəlcə testesteron səviyyəsini ölçdürün. Ayrıca problemin kimdən qaynaqlanırsa qaynaqlansın həkimə birlikdə gedin. Çünki müalicə kişiyə də edilsə araşdırmalar göstərir ki qadın da eyni nisbətdə xoşbəxt olur”


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Maraqli Melumatlar