beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ewq? evlilik? cinsi elaqe?

Eşq (?) Evlilik (?) SEKS (?) Cinsi Əlaqə (?) Ya Bağlılıq (?)
Dünən forumların birində QaraSHın nikli bir xanımın qadınlarla əlaqəli açdığı mövzu diqqətimi çəkdi..doğrudanda bu dünyada düşünüləsi və sonuna varılamayacaq qədər əlləm-qəlləm olan mövzulardan biri..qadınlar..ama yox mən qadınlardan yazmayacam.Eşqdən daha doğrusu onun törəməsi – cinsəllikdən yazacam.Gənclərimizi daha doğrusu mənim yox millətimin gənclərini sərsəm işlərdən uzaqlaşdırıbda həyati fəlsəfik mövzular barədə onlara verilmiş 1-2 qr ağlı işlətmələrinə cəlb etmək istəyirəm.Və nəhayət..Eşq..Məhəbbət..Sevgi..Sədaqət..Sədaqətin eşqdəki rolu ictimai bir məcburluqdur yoxsa təbbidir? Bitməyən eşq varmı? Eşq bir sonrakı romantik həyəcana qədərki bir keçici bir həvəsdirmi? Eşq tamamilə təsadüflərin əsəridirmi? İnsan həyatının neçə dəqiqəsi məhəbbət hissləriylə keçir? Bir kəpənəyin bir gündəlik həyatı 40 illik bir insan həyatından dahamı məhsuldar yaşanır?:S Eşq Cinsəlliklə eyni platformada yer alır?Bunların hansı tərəzidə ölçülsə daha ağır olar?və daha bir sürü suallar varki bu suallardan həmişə qaçırıq.Niyə?! Çünki qorxuruq..Və qorxularımızın üstünə getmək yerinə onların bizim üstümüzə gəlmələrinə izin veririk.Bu Axmaqlıqdır !! Qorxaqlıqdır !! Gəlin bu Sualların Üstünə Gedək..Hamımız bilirikki Özünü sorğuya çəkən insan hər zaman pis nəticə alar!
Bir dostum..-Əlbət bu yazını oxuyacaqdır-mənə həyatın əllərində aciz qaldığım günlərin birində bu sözləri dedi(olduğu kimi yazıram):
-Üzülmə
-Hüzünlü olma !
-Hüzün sənə yaraşmır Xancan
-Hüzünün yanında elə dayanki sənin yanında aciz qalsın !
-Boynunu sən deyil məhz hüzün büksün
-Sənə heyran qalaraq səni tərk etsin
-Utansın özündən !
-(Mən)Baş üstə dost!!!
-(O) ....
Bu dialogun bəlkədə yeri deyildi ,mövzuyla əlaqəsi yox idi ..Ama məndə sizi Qorxularımızın yanında Şam Şax Durmağa dəvət edirəm !! Eşq Cinsəllik Məhəbbət tarix boyu insanoğlu bu saydıqlarımın içində yoğrulmuşdur..Bəs eşqlə cinsəllik arasındaki fərqi yada oxşarlığı anlayıbmı?bilmirəm.. Eşq sonu cinsi bir təmasla BİTƏN iki bədənin bir-birini kəşf etməsidir məncə.Yəni arada cinsi əlaqə oldumu eşq bitir..(məncə).. Yalnız Birləşməyən bədənlər dastan olaraq bu günə qədər gəlmişdir. Leyli Məcnun eşqində cinsi bir-birləşəm olsaydı, bu günə qədər gələrdimi??.. Xeyr heç kim onların adlarını belə bilməzdi. Çünki vüsala yetmədilər hər biri bu arzuyla yandı yaxıldı.. .Eşq bitdi demək cinsi olaraq artıq iki bədənin bir-birinə ehtiyacı qalmadığındandır..
Evlilikdən əvvəl cinsi əlaqə təbii ki çox şeyə təsir edir Amma necəki kişi evlənmədən əvvəl başqa qadınlarla birlikdə olursa., Evləndikdən sonra bu hissi fərqli şəkillərdə yaşamaq istəyəcək. . Bunu gedin evlilərdən soruşun ama etirazdan başqa heçnə eşitmiyceysiz. Fərz edək nə qadın nədə kişi evlənmədən əvvəl heç kimlə əlaqədə olmayıblar, yenədə evilikdən sonra göz orda burda olacaq .Bu təbii bir vəziyyətdir ..YOx yox Təbi bir fəlakətdir)) .Cinsi əlaqə insanoğlunun ömrüboyu arzuladığı ama vüsaldan sonra heçdə arzuladığı qədər dəyərli olmadlğını anlar,Nitşe düz deyib insanlar arzuladıqları şeydən daha çox arzulamağa aşiqdırlər!!!haklıdı niyə?çünki əldə etdikdən sonra artıq onun dəyərinin itdiyini hamımız bilirik.Əsas olan arzunun dadına baxmaqdır.Cinsəllik deyəndə xaiş edirəm Bakı bulvarlarındakı yada barlardakı zorbalıklar yada heyvani hissləri anlaşılmasın!söhbət ali vüsaldan gedir.. Eşqlə başlayan evliliklər, cinsi əlaqəylə dəvam edər..bir müddət sonra əlaqədən duyulan həzzdə ölər və yoxsa biz bir birimizi sevmirikmi!!?? sualları başlayar. Yəni xoşbəxt davamlı bitməz eşq deyə bir şey yoxdur.İnsan təbiəti davamlı kəşf etmək istəyər hər şeyə toxunmaq dadmaq istəyər, həyatı həyacan istəyər, günümüz dünyasında qadının cinsi obyekt olarakta istifadə edildiyini düşünsək ,və kişinin ən zəif nöqtəsi olaraqda cinsəlliyini ortaya qoyduğumuzda çıxan nəticə budur.(ne qədər inkar ətsələrdə cəmiyyətin hər sinifinə aiddir bu ..)Və unutmayaq Sevmək iki insanın bir birinə baxması deyil ikisinində eyni tərəfə baxmasıdır ! Çox dərinə girmirəm girədə bilmərəm,əxlaqsızca anlatmaq istəmirəm çünki. mövzunu fəlsəfi, sosioloji və psixolojik baxımdan başa salmağa çalışdım..Ama yenədə eşqi yaşamaq gözəldir..Hələ birdə mənimkimi)) Allah Rəhmət eləsin Platon tarixə Platonik eşq sözünü daxil edib getdi,məndə Xancanoik eşqi daxil edib gedəcəm hər halda))..nəysə..Birdə bu türklərin bir “Aşiq Veysəl”i var qaqaş o vaxtı deyibki – “Eşq sevdiyinə qovuşmamaqdır”- görünür ağıllı adamolub çünki haklıdı .mənim demək istədiyim budu- Eşq Vüsaldan sonra bitir ! Vəssalam..ama o demək deyilki hər şey bitir.Heçdə deyil bağlılıq başlayır və davam edir.hörmət.. Aranızda izləyən varsa bilir izləməyən varsada mütləq izləsin - "Seks və Fəlsəfə" filmi ,həqiqətəndə mükəmməldir.Günümüzün romantic filmləri öpüşmək,sarılmaq ,və yataqdan ibarətdir ama bu filmdə bunlara rastlaya bilməzsiz,film eşqə əsl dəyərini verən fəlsəfik bir tamaşadır..Tamaşaçını eşq barədə yenidən düşünməyə vadar edir..Mən tövsiyyə edirəm izləyin mənədə Çingiz Aytımatov tövsiyə etmişdi…Allah rəhmət eləsin.. Fridrix Vilhelm Nitşe.. hamınız tanıyırsız hər halda ,ən çox araşdırdığım,fikirlərini su kimi anladığım bir filosof ama təəssüfki nədənsə bir o qədərdə nifrət etdiyim bir yazar..onundə eşq və cinsəlliklə bağlı bir aforizmi var - Mən- iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm .Bilmirəm haklıda ola bilər onun oxucu kütləsi onu haklı cıxara bilər ama mən qəbul etmirəm...ama bu fikriylə tam razıyamki Qadının necə bir nemət olduğunu bütün dərinliyi ilə dərk etmək gərəkdir.
İndi siz qərar verin Eşq?-hansıki olmazsa olmaz,olsada bir gün bitəcək..Evlilik? hansıki başladığı gecə bitir(!!!)..Cisnsi əlaqə?? Hansıki olmazsa hormonal patoloji deyishiklere -xesteliklere meruz qoya biləcək,olsada aradakı eşqi bitirəcək..Yada Bağlılıq? Olsada olmasada tək cavabdır..Yəni Eşq ,Evlilik Cisni Əlaqə deyilən şeylər sadəcə sözcüklərdir arada tək şey varki oda bağlılıqdır,hansıki baş tutmasiyçün nə ZAKSa nə yatağa nədə sevgi sözcüklərinə ehtiyac yoxdur,bir növ platonik həyat tərzidir..
P.S- Kleom bilirəm yenə etiraz yağmuruna tutulacam ama bunlar mənim fikirlərimdir..Bu


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 555 Bölmə: Maraqli Melumatlar