beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadağan olunmuş filmler: seks, zorakılıq

Dünyanın en geride qalmış ve en inkişaf etmiş ölkelerinde filmler niye qayçılanır? Kinoindustriyanın yarandığı günden beri geniş tamaşaçı kütlesi üçün nezerde tutulmuş filmler seksual, dini, siyasi, ya da sosial sebeblerden senzuraya ve qadağalara meruz qalıb. Bu qadağalar ve senzura hele sessiz kinonun zamanlarından bu güne qeder tedbiq olunub ve olunur. 1922-ci ilde tamaşaçıya neyi göstermeyin mümkün olduğunu, neyi göstermeye revac verilmediyini beyan eden birinci, sesli kino ekranlarda görünende ise (1930-cu il) ikinci kodeks qebul olundu. Kino tarixinde cemi neçe filmin qadağaya meruz qaldığını deqiq demek mümkün deyil. Bele ki, bu filmlere qoyulan qadağa onu bezen bütün dünyada, bezen bir ve ya bir neçe ölkede, bezen bezi ştatlarda nümayişine qadağa qoyur, bezen müellifleri filmin bir ve ya bir çox kadrlarını doğramağa mecbur edir ve s… Belelikle de, o filmlerin hamısını “qadağan olunmuş filmler” de adlandırmaq olmaz, “qadağan olunmamış film” de hemçinin… Amma bu yazıda size qadağalara ve senzuraya meruz qalmış mehşur filmlerden, film meşhur olmasa da qadağa tarixçesi maraqlı olan ekran eserlerinden danışmaq isteyirik. Heç prezident de kömek ede bilmez… Amerika Birleşmiş Ştatlarında kinematoqrafa tedbiq olunan senzuraya ehtiyac acgöz kütle kinonun tesiri altına düşenden sonra yarandı. Kinematoqrafın ilk baharında filmler sessiz olsa da, sessiz bir kadr minlerle sözden daha çox şey deye bilerdi. Ve bu fakt exlaq, din keşikçilerinin diqqetinden yayına bilmezdi. Buna göre de, 1909-cu ilde Amerikada Bedii Filmlere Baxış üzre Milli Komissiya yarandı. Lakin kinematoqrafın belası bununla da bitmedi. Bedii filmleri kinoteatrlara yalnız bir neçe senzura merhelesinden keçdikden sonra buraxmağa ve ya buraxmamağa qerarlı bir neçe dini, ictimai cemiyyet yarandı. Bu cemiyyetlerin “xeyir-dua” vermediyi filmleri ekrana buraxmağa heç ölke prezidenti de kömek ede bilmezdi. Meselen, 1915-ci ilde rejissor D.V.Qriffitin “Milletin doğuluşu” filmine o vaxtkı prezident Vudro Uilson baxmış ve demişdi: “Ne yazıq ki, bütün bunlar heqiqetdir!”. Onun bu sözlerine mehel qoyan olmamışdı. ABŞ Ali Mehkemesi filmin qadağasını teleb edenlerin xeyrine qerar çıxararaq, ekran eserini neinki qadağan, hetta bütün hüquqlarından mehrum etdi. Bele cemiyyetlerin telebi ile meselen, Çikaqoda onlarla film senzuraya meruz qaldı ve ekranlara buraxılmadı. Yalnız Kinoteatrlarla Elaqe Komissiyasının o zamankı rehberi (1934) Cozef Brinin “müsadire” etdiyi filmlerin bexti getirdi. O, müellflerinden aldığı kinolentleri polad seyfde gizletmişdi. 1980-ci ilde hemin fimler ekrana çıxa bildi. Yalnız 1952-ci ilde ABŞ Ali Mehkemesi kinoya hüquqi baza verdi. Mehkemenin qerarı ile filmin qadağasını teleb eden senzorlar evvelce oradakı kadrların “edebsiz”liyini, filmin mezmununun exlaqa zidd olduğunu sübut etmeli idiler. O vaxtdan kinoya qoyulan resmi qadağalar dövrü başa çatdı. Ehtiras oyatmayan film exlaqsız sayıla bilmez (Maraqlı qadağa tarixçeleri) 1959-cu ilde Çikaqonun şeher rehberliyi Kolumbiya Pikçers kino şirketinin istehsalı olan, rejissor Otto Preninqerin “Qetlin anatomiyası” filminin nümayişinin qadağasını teleb etdi. Kinosenzura üzre şeher komissiyasının üzvleri burada “zorlama”, “kontrasepsiya”, “sperma” kimi sözlerin işlendiyini esas getirerek, filmin “exlaqi normalara zidd” olduğunu iddia etdiler. Bele olanda rejissor Otto Preninqer şeher rehberliyini mehkemeye vererek, filmin nümayişine icaze verilmesini ve ekran eserine qarşı gelecek iddiaların önlenmesini teleb etdi. Mehkemenin qerarı ise çox maraqlı idi. Hakim Mayers yalnız tamaşaçılarda yaranan reaksiyanın filmin exlaqa zidd olub-olmamasını müeyyenleşdirdiyini esas getirerek, filme beraet verdi. Mehkeme qerarında bele yazılmışdı: “Bu film tamaşaçıda ehtiras ve naqolay düşüncelerden daha çox acıma ve rehm hiss oyada biler”. Qadağan olunmuş meşhur fimler… Şeron Stoundan qadın öldürmeyi teleb etdiler İndiye qeder qadağalara ve senzuraya meruz qalmış ekran eseplerinin çoxu ad-sansız, ele de geniş tamaşaçı kütlesine tanış olmayan fimler olsa da, onların arasında dünyaca meşhur filmler var. Bu siyahıda E.Heminqueyin romanı esasında çekilmiş “Elvida, silah”, özünde ilk pornogörüntüler eks etdiren “Emmanuel”, meşhur italyan rejissoru Federiko Fellininin “Şirin heyat” filmleri de var. Lakin en maraqlı ehvalat Hollivudun en gelirli ve baxımlı mehsullarından biri olan “Esas instinkt” filmi ile bağlıdır. Cazibedar Şeron Stounun baş rolda oynadığı bu ekran eserine yeqin ki, baxmayan tapılmaz. 1992-ci ilde film ekranlara çıxandan sonra hem liberalların, hem de konservatorarın qezebine sebeb oldu. Filme qarşı bele aqressiv münasibetin sebebi onun zorakılıqla dolu ve seksual xarakterli olmasından daha çox siyasi motivlerle bağlı idi. Şeron Stounun qatil qadın qehremanının biseksual olması geylerin ve lesbiyanların qezebine sebeb olmuşdu. Onların fikrince, kişilerle yanaşı qadınlara da meyl eden şexsin filmde silsile qetller töretmesi homofobiyanı güclendirir, cemiyyetde cinsi azlıqlara qarşı onsuz da müsbet olmayan reyi daha da korlayırdı. Buna etiraz olaraq cinsi azlıqlar filme qarşı sert etiraz aksiyalarına başladılar. Sahibi olduğu kafenin çekiliş meydançası kimi istifade edilmesine razılıq vermiş sahibkar ve geyler üçün buraxılan qezetin tesisçisi Çokerin maşınının şüşelerini sındırır, evinin qarşısında etiraz aksiyaları keçirir, ona hede-qorxu gelirdiler. Bu işe cinsi azlıqlarla elaqeli bir çox ictimai teşkilat da qarışdı. Onların etirazları ile yanaşı, maraqlı bir telebleri de vardı: film qadağan olunmaya biler, amma Şeron Stounun qehremanının qetle yetirdiyi şexsler tekce kişiler deyil, hem de qadınlar olmalıdır. Telebin sebebini anlamaq ise ele de çetin deyildi. Filmde yalnız eks cinsden olan insanları öldüren qehreman öz hemcinsine maraq gösterenlerin eks cinse qarşı ikrah, nifret duymağı barede bir mesaj idi ki, lesbiyanlar ve maviler bunu hezm ede bilmirdiler. Yalnız bir neçe senzura merhelesinden, dövlet ve din xadimleri meseleye qarışıb, filmde bezi sehnelerin tezeden çekilmesine nail olandan sonra filmin rahat nümayişine icaze verildi. Filmin qadağasına kim nail ola biler? Hazırda ABŞ-da her kes xoşuna gelmeyen bir ekran eserinin qadağasını ve ya o filmdeki müeyyen kadrların kesilib, çıxarılmasını teleb ede biler. Bele bir telebi her hansısa bir ştatdakı Müellimler ve Valideynler Assosiasiyasından tutmuş sıravi polis neferine, Xeyirperver Katolikler Komitesinden tutmuş küçe süpürgeçisine qeder hamı ede biler. Teleb öz yerinde. Eger hemin şexs ve ya teşkilat filmin ve ya müeyyen kadrların dine, exlaqa, hümunizme zidd olduğunu ve ya kiminse heysiyyetini tehqir etdiyini sübut ede bilse, onun telebi yerine yetirilecek. Meselen, kino tarixinde özünde heç bir erotik yük daşımadğı halda, sıravi amerikan polisinin küçede görüb, exlaqa zidd hesab etdiyi ve mehkemede bunu sübut ede bildiyi üçün qadağan olunmuş film var. Eyni zamanda açıq-saçıq pornoelementlerle dolu olduğu halda beraet qazanmış ve serbest nümayiş hüququ elde etmiş film de. Çünki bu ölkenin qanunları çox dolaşıqdır. Kino ile bağlı ele kodeksler var ki, burada exlaq, din, edeb normalarının serhedleri çox dumanlıdır. Meselen, kodekse göre filmde zorakılıq, şer nümayiş ve hetta tebliğ oluna biler, bir şertle ki, filmde tamaşaçıya o zorakılığa ve şere güc gele bilecek qeder de xeyir ve rehm teqdim olunsun. Bax, bele. Kodlar Bu gün Amerika Bedii Filmler Assosiasiyasının Qiymetlendirme ve Kodlaşdırma Administrasiyası ekran eserlerini senzuraya meruz qoymur, kadrların kesilib-çıxarılmasını teleb etmir. Onlar filmlere xüsusi kodlar verirler. Auditoriya filmin koduna baxaraq, ekran eserinin mahiyyeti haqda tesevvür elde ede biler. Meselen, “G” kodu her yaşda olan tamaşaçılar üçün nezerde tutulmuş filmlerdir. “PG” kodunu almış filme baxmaq üçün uşaqlar valideynlerinin razılığını almalıdırlar, bele ki, bezi kadrlar uşaq auditoriyası üçün ifrat açıq ve ya sert ola biler. “PG-13” kodlu filme yaşı 13-den aşağı olan uşaqlar baxa bilmezler. “R” kodu o demekdir ki, eger 17 yaşı tamam olmamış yeniyetme bu filme baxmaq isteyirse, mütleq kinoteatra valideynleri ile birlikde gelmelidir. “NC-17” kodu ümumiyyetle bu filme 17 yaşına çatmamış yeniyetmelerin baxmağına qadağa qoyur. Ve nehayet, “X” kodu filmin reklamından tutmuş, kinoteatrlarda, efirde nümayişine qeder her şeye qadağa qoyur…


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3763 Bölmə: Maraqli Melumatlar