beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyajsız gözəllik sirrləri...
Makiyajsız gözəllik sirrləri...

Ətrafınızdakı insanları təbii gözəlliyinizlə təsir etmək istəyirsinizsə makiyaja ehtiyac duymadan da gözəl ola bilərsiniz. Tək etməniz lazım olan, mütəxəssislərin tövsiyələrini doğru olaraq tətbiq etməkdir...

"Heç makiyaj etmədən, ya da yüngül bir makiyajla necə görünərəm?" Deyirsinizsə sizə bir neçə təklifimiz olacaq. Əvvəlcə nəmləndiricilərlə aranızdakı münasibətləri yaxşı tutun.

Makiyaj qadınların imtina edilməz bir parçasıdır. Bir çox kişiyə makiyaja vaxt ayırmaq qəribə gəlsə də, baxımlı qadınlar üçün bir nömrəli qaydadır.

Dərisi problemli xanımlar, ya da gənc qızlar çox makiyaj etmədən, təbii görünərək kiçik hiylələrlə istədikləri görünüşə sahib ola bilərlər.

Buyurun bir neçə təklif...

İşıqlandırıcı krem istifadə edin
Daha işıqlı bir dəri istəyirsinizsə işıqlandırıcı (parladıcı) krem istifadə edin.

Dodaqlarınızı nəmləndirin
Dodaqlarınızın quru qalıb qabıq kimi tökülməsini istəmirsinizsə, bir diş fırçasının köməyi ilə yüngülcə fırçalayın. Daha sonra bir vazelin sürtərək masaj edin.

Qaşlarınıza Diqqət
Yaxşı şəkil verilmiş qaşlar sizə mənalı baxışlar qazandırır. Çok qalın qaşlar gözlərini kiçik və çökük göstərərkən, çox incə qaşlar da sizi olduğunuzdan yaşlı göstərəcəkdir. Üzünüzə ən uyğun qaş şəklini seçin.

Kipriklər
Kipriklərinizin dibindən çəkəcəyiniz tuş daha aydın və parlaq baxmanıza zəmin yaradacaq. Tuşu mümkün qədər incə çəkin.

Yara İzləri
Üzünüzdə yara izlər varsa mat bir krem istifadə edin.

Pudra istifadə edin
Dəriniz yağlıdisa yarı şəffaf bir pudra işinizə yarayacaqdır. Kiçik başlı bir fırça ilə dairəvi halda uzünüzə çəkin.


Tarix: 17.04.2015 / 13:00 Müəllif: Aziza Baxılıb: 1287 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri