Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı dodaq boyasını necə seçmək olar?

Dodaq boyası qadınların ən sevimli kosmetikasıdır. Dodaq boyaları dodaqları vurğulayan, onları daha çəkici göstərən ən yaxşı vasitədir. Qadınlar hər gün makiyaj etməsə də, dodaqlarını pomada ilə vurğulamağı xoşlayırlar. Pomada alarkən çox diqqətli olmaq lazımdır. Çünki dodaqların da dəri kimi qulluğa ehtyacı var. Keyfiyyətsiz dodaq boyası dodaqların qırışmasına gətirb çıxıra bilər. Sun.az yaxşı dodaq boyası seçmək üçün nələrə diqqət etməli olduğunuz məqamları təqdim edir:

Son istifadə tarixinə diqqət yetirin. Bu tarix 18 ay olmalıdır.
Aldığınız zaman son tarixinə heç olmasa 6 ay qalmalıdır.
Səthinə diqqət yetirin: səthi tamamilə hamar, düzgün, eyni tona malik, xırda, əlavə elementlərsiz olmalıdır.
Qoxusu isə ya nəzərə çarpmayan, ya da ümumiyyətlə olmamalıdır.
Adətən, dodaq boyalarından çiyələk, albalı meyvələrinin qoxusu gəlir, bu həmin boyanın içində müxtəlif ucuz boyaların olduğunu göstərir. Belə ki, həmin yağların hiss olunmaması üçün əlavə olunan süni aromatizatorlardır.
Boyanı mütləq testerlə (kiçik bir çubuq şəklində olur) yoxlayın, o tam, hamar şəkildə yayılmalıdır, rəngini yoxlamaq üçün isə dodağa çəkməyə ehtiyac yoxdur.
Barmağını ucuna bir qədər sürtün, burda dərinin rəngi demək olar ki, dodağın rəngi ilə eynidir.
Və ən əsası da diqqət yetirin ki, boyanın tərkibində vitaminlər, qidalandırıcı maddələr olsun.


Tarix: 24.11.2014 / 17:21 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...