beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın daxilində 6 qadın

Çox zaman həyatında parçalara bölünən bir qadına baxıb bütün bunları necə bir arada tutmalarını düşünmədən olmur.Qadınlar gündəlik həyat içində qılıqdan qılığa keçən həyat sehrbazlarıdır.Gündüzlər iş qadını,axşamlar yaxşı bir ana,ev qadını və aşbaz,gecələr isə yaxşı bir həyat yoldaşı...

1.Rol qadın roldan-rola girir
Ev qadını: İstədiyiniz qədər modern bir xarici görünüşdə olsanız belə,istədiyiniz qədər "Mən iş qadınıyam,ev işlərinə vaxtım yoxdur"desəniz belə,subay olsanız belə,bir ev qadını kimi dağınıq,pəs,zövqsüz bir ev sahibi olmaq heç kimə xoş deyildir.Yemək bişirməkdən vaz keçərsinizmi? Tutaq ki,bir yardımçınız var və hər işinizi O,görür.Belə halda qopan düymənizi də ona tiktirəcəksiniz? Bunu da unutmayın ki,karyer mövzusunda son dərəcə məsuliyyətli olan qadınlar eyni məsuliyyəti evlərində də göstərirlər, hətta hobi olsun deyə,tikiş kurslarına və s. də gedirlər.Nəticə olaraq ev qadını rolu müasir qadınlar arasında bəyənilən bir roldur.

2.Rol
Azad qadın: Keçmidə qadınlar məktəbi bitirər-bitirməz ailə qurar,uşaq sahibi olar və həyatlarını sadəcə ana kimi davam etdirərdilər.İndi isə karyer ardınca qaçdıqları üçün deyil,tənha yaşamağı,rəfiqələri ilə əylanmayi,kişilərlə flört etməyi daha uyğun bilirlər.

3.Rol
Şəfqətli Ana: Günümüzdə bir çox qadın 30 yaşlarında belə hormonlarının səsinə qulaq asaraq karyerilərinə ara verərək körpə sahibi olub,Onu böyütmənin xoşbəxtliyini yaşayırlar.Qadın rolları arasında ən çətini və eyni zamanda ən zövqlüsü də Ana olmaqdır.Sonsuz səbr və güc gərəkdirən,amma inssana bambaşqa duyğular daddıran, tərifsiz bir rol...

4.Rol
Atasının qızı: Ən güclü ana,ayaqları üstündə dura bilən qadın həyatının hər dövründə yenə də atasının balaca şahzadəsidir.Çox qadınlar həyatla başa çıxa bilmədikdə,insanlar tərəfindən incidildikdə,xüsusilə də acılı məhəbbət yaşadıqda,özlərini ailəsinə sığındırır,Atalarının təsəllilərinə və hər zaman lazımlı nəsihətlərinə verirlər.Kiçik yaşlarda Ata sevgisi görən qadınlar irəli yaşlarda həyata tutuna bilmək və özünə inam mövzusunda daha bacarıqlı olurlar.Atalardan qorxmurlar və sonsuz hörmət hissi duyurlar.

5.Rol
Bacarıqlı iş qadını: İş həyatının içində olan qadınlar üçün,iş qadını rolu vazkeçilməzdir.Dişlərini dırnaqlarına taxıb özlərini isbatlamağa,önlərində olan əngəlləri aşıb keçərək patronlarının tərifini qazanmağa can ataraq layiq olduqları mərtəbəyə çatmağı məqsəd bilirlər.Bütün bunlarla yanaşı həm də ailələrinə zaman ayırmağa,uşaqları ilə məşğul olmağa da gücləri yetir.

6.Rol
Gənc qız: Qadın rolları arasında ən şirini,ən keyiflisi...Hər bir qadın özünü zamanla həyat dolu,ərköyün,nəşəli bir qız kimi hiss edər və bu zaman harda olursa olsun,olduğu yerə rəng qatar.Alış-veriş və kafelər,rəngarəng geyimlər,ayaqqabılar,çoxlu dostlar,dedi-qodular və s.


Tarix: 06.12.2014 / 11:29 Müəllif: Aziza Baxılıb: 352 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri