Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərəvəzli pəhriz

Tərəvəzli pəhriz
Bu pəhrizi ən çox 3 həftə saxlamaq olar. Nəticədə 5 kiloqram arıqlayacaqsınız. Eyni zamanda immunitetiniz də qaydasında olacaq.

İlk gün:
Səhər: kökü sürtgəcdən keçirdib, üzərinə 1 xörək qaşığı bal, yoqurt və yulaf töküb yeyin.
Nahar: Tərəvəzlərlə hazırlanan mayonezsiz salat və 1 armud.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: kələmlə hazırlanan salat, 1 ədəd alma, 1 çay qaşığı zeytun yağı.

II gün:
Səhər: suda bişmiş çuğundur, qara gavalı, qoz, doğranmış kərəvizdən hazırlanan salat və 1 dilim çovdar çörəyi.
Nahar: çovdar sıyığı, közdə bişmiş badımcan.
Axşamtərəfi: 1 ədəd portağal və alma.
Şam yeməyi: 1 salxım qara üzüm.

III gün:
Səhər: Üstünə 1 xörək qaşığı yoqurt və bal tökülmüş qarğıdalı sıyığı.
Nahar: 2 ədəd bolqar bibəri, pomidor, suda bişmiş tərəvəzlər və 1 dilim qara çörək.
Axşamtərəfi: 2 ədəd pomidor.
Şam yeməyi: suda bişmiş, üzərinə bal və qoz tökülmüş balqabaq.

IV gün:
Səhər: kələm, pomidor, göyərti, bibər, soğan və zeytun yağı ilə hazırlanan salat, suda bişmiş düyü.
Nahar: suda bişmiş qarabaşaq, badımcan əzməsi.
Axşamtərəfi: 1 ədəd banan
Şam yeməyi: Közdə bişmiş badımcan və pomidor, kök, göyərti və 1 çay qaşığı xamadan hazırlanan salat, 1 dilim çovdar çörəyi.

V gün:
Səhər: üzərinə zeytun yağı tökülmüş, kələm və bolqar bibərindən hazırlanan salat. Suda bişmiş yulaf.
Nahar: 2-3 ədəd suda bişmiş kartof, yaşıl soğan, çuğundur, qoz və cəfəridən hazırlanan salat.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor və kələmdən ibarət salat.

VI gün:
Səhər: suda bişmiş yulaf, yoqurt.
Nahar: pomidor, sarımsaq, suda bişmiş lobya, soğan, bolqar bibəri, kök və göyərtidən hazırlanan salat.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: üzərinə bal tökülmüş, buxarda bişmiş balqabaq.

VII gün:
Səhər: suda bişmiş qarabaşaq, qara gavalı, qoz, göyərti və çuğundurdan hazırlanan salat.
Günorta: darı yarması, bolqar bibəri və digər tərəvəzlərlə hazırlanan salat, 1 dilim ağ çörək.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor salatı və 1 dilim çovdar çörəyi.


Tarix: 25.11.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...