beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçı tökülməyə qoymayan və tez uzadan qidalar

Sağlam saçların sirri sağlam qidalanmaqdan keçir. Xüsusən də K və C vitaminləri, zülal və kalsium baxımından zəngin olan qidalara üstünlük verilərsə, saçlar da sağlam və parlaq olar. Qidalanma və pəhriz proqramınıza bu meyvə və tərəvəzləri də əlavə edin. Sağlam və parıltılı saçlara sahib olmaq üçün həm xaricdən, həm də daxilən onlara xüsusi qulluq göstərməlisiniz. Saçlara faydalı olan hər bir qida onların daha parıltılı və sağlam olmasına xidmət edir. Sun.az saçlar üçün ən faydalı bitki, meyvə və tərəvəzlərin siyahısını təqdim edir:

Kahı və ispanaq: Kahı və ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər K və C vitaminləri və kalsiumla zəngindir. Bu da saçların sağlam və güclü olmasına kömək edir. Həmçinin tərkibində su çox olduğu üçün saçı nəmləndirərək daha yumşaq olmasını təmin edir. İspanaq saç dərisinin sağlamlığını qoruyur. Kəpək və göbələk kimi problemlərin yaranmasına mane olur.



Şirin kartof: Şirin kartof çox da yayılmayıb, təzə-təzə yetişdirilir. A vitamini və beta karoten qaynağıdır. A vitamini və beta karoten hüceyrələrin inkişafına kömək edir. Həmçinin antioksidant ehtiyatı olan bu tərəvəz, dərinin qocalmasını gecikdirir.



Yaşıl mərcimək: Yaşıl mərcimək və paxla saç sağlamlığının qeydinə qalan əsas tərəvəzlərdəndir. Çünki tərkibindəki yüksək zülal saçların uzanması, qırılmaması üçün qalxan vəzifəsini yerinə yetirir.



Avokado: Avakadonun tərkibində E, C və B6 vitaminləri var. Güclü antioksidant olduğu üçün hüceyrələrin zərər görməsinin qarşısını alır və dərinin təravətli olmasına səbəb olur.



Pomidor: Tərkibində bol miqdarda C vitamini olan pomidor saçların inkişaf etməsində əsas rol oynayan hollagenin yaranmasında böyük rol oynayır. Pomidoru pürə halına gətirirək saçlara maska kimi də çəkə bilərsiniz.



Qoz: E vitamini və Omega3-lə zəngindir. Qoz saçları qidalandırıb daha tez uzanmasına şərait yaradır. Həmçinin saç tellərinin qalınlaşmasına yardım edir.



Kivi: Sağlam saçlara sahib olmaq istəyirsinizsə, kivi yeyin. Çünki kivinin tərkibində saçları gücləndirən C vitamini var. C vitamini dəri sağlamlığının da qeydinə qalır.



Yerkökü: B və A vitamini sayəsində saçları qoruyur. Saçlara parıltı bəxş edib onları kökündən gücləndirir.



Yumurta: Gündəlik zülal ehtiyacını gün ərzində yumurta ilə ödəmək lazımdır. Eyni zamanda saçın diblərini möhkəmləndirir.



Yaşıl noxud: Əgər saçlarınız tökülürsə, yaşıl noxuda üstünlük verin. Çünki tərkibindəki bol miqdarda B vitamini sayəsində saçların uzanmasını sürətləndirir, saçın diblərinin nəfəs almasına şərait yaradır.



Brokoli: Bu möcüzəli tərəvəzin salatını hazırlaya bilərsiniz. B1 və C vitamini ilə zəngindir. Uzun saçlı xanımlar saçlarını onun sayəsində qoruya bilərlər.


Tarix: 24.11.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri