beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CANLI BURUQLAR ÜÇÜN 5 MƏSLƏHƏT

Bəzən buruq və dalğalı saçları düz etmək olduqca çətin ola bilər. Bunun üçün istifadə edilən kimyəvi maddələr isə çatmaq istədiyimiz nəticənin tam əksini yarada bilər. Bildiyiniz kimi təbiət saçlarınızın ən yaxın dostudur. Canlı saçlara sahib olmaq üçün bir neçə təbii qarışıq və bir az səbir kafidir.

Hindqozu maskası
Təzə hindqozunun südü və limon suyu saçlarınızda möcüzələr yarada bilər. Hindqozu südü ilə yarım stəkan təzə sıxılmış limon suyunu qarışdırın. Sıxlaşıb krem konsistensiyasına gələnə qədər soyuducunda soyumağa qoyun. Maskanı saçlarınıza tətbiq edin və bir saat qədər gözlədin. Həftədə 3 dəfə təkrarlayın.

Bal maskası
Beş xörək qaşığı süd tozuyla bir miqdar suyu qalın bir məcun meydana gətirmək üçün qarışdırın, Üzərinə bir çay qaşığı bal əlavə edin və yaxşıca qarışdırın. Qarışığı saçlarınıza tətbiq edin və 20 dəqiqə gözlədin. Ardından saçınızı şampunlayın. Qarışığı istədiyiniz formada tətbiq edə bilərsiniz.

Zeytunyağlı saç kremi
Zeytunyağını bir az istilədin. Daha sonra yüngül soyuması üçün gözləyin və saç kreminizin içinə qarışdırın. Qarışığı saçınıza tətbiq etdikdən sonra yarım saat gözləyin və suyla yaxalayın. Maskadan sonra şampun istifadə etməniz lazım deyil.

Banan maskası
Bir kasa qatığa yaxşıca əzilmiş bir ədəd bananı əlavə edin və qarışdırdıqdan sonra saçlarınıza çəkin. Yarım saat gözlətdikdən sonra ilıq suyla şampunlayın. Xüsusi ilə boyalı saçlar üçün tövsiyə edilən bu maskanı ayda bir dəfə tətbiq edə bilərsiniz.

Karamel maskası
Bir stəkan bal, yarım stəkan zeytunyağı, yarım stəkan limon suyu və yarım stəkan karameli bir qabın içində yaxşıca qarışdırın. Qarışığı saçlarınıza çəkdikdən sonra bir saat gözlədin və şampun və saç kremi ilə saçlarınızı yuyun.


Tarix: 24.11.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri