beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçı tez uzadan xardal maskası

Uzun saçlara sahib olmaq artıq çətin deyil. Sun.az bu arzusuna çatmaq istəyən xanımların diqqətinə rus qızlarının ən çox istifadə etdiyi xardal maskasının reseptini təqdim edir. Saçlarınızın tez uzanmasını istəyirsinizsə, onu bu maska ilə qidalandırın.

Ərzaqlar:

2 yemək qaşığı toz xardal

1 yemək qaşığı şəkər

1 yumurta sarısı

60 ml isti su

2 yemək qaşığı zeytun yağı

Hazırlanması: Bütün ərzaqları qarışdırıb qarışığı bir fırça yardımı ilə saç diblərinə yedirin. 40 dəqiqə gözlədikdən sonra saçları yaxalayın. Maska ancaq saç diblərinə çəkilir. Həftədə 1 dəfə çəkilmək şərti ilə, 14 həftə davam etdirilməldir.

Qeyd: Maska çəkildiyi zaman baş dəriniz sanki yanırmış kimi hiss edəcəksiniz. Bu zaman təşvişə düşməyin və normal qarşılayın. Çünki xardal başdakı qanı hərəkət gətirib qan dövranını süərtləndirir, saçları isə qısa müddət ərzində uzadır.


Tarix: 24.11.2014 / 16:48 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri