beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara nöqtələr artıq problem olmayacaq

Üzdə qara nöqtələrin peyda olması qadınları çilədən çıxarır.


1 çiy yumurtanın ağına 1 x/q. şəkər qatıb, yaxşıca qarışdırın. Şəkər tam həll olandan sonra maskanın yarısını üzə çəkin və tam qurumağını gözləyin. Birinci qat tam quruduqdan sonra qalan maskanı da üzünüzə çəkin. Barmaqlarınızın ucu ilə bütün üzünüzü yüngülcə sillələyin. Bu hərəkət üzdə olan qara nöqtələrin çıxmasına kömək edəcək. Hərəkəti əllərinizin üzünüzə yapışmağı keçənə qədər etməlisiniz. Sonra üzünüzü ilıq su ilə yuyub, istənilən nəmləndirici krem çəkin.

Qara nöqtələrdən tam azad olmaq üçün bu maskanı həftədə bir neçə dəfə təkrarlamaq lazımdır. Əgər dəriniz qurudursa, bu maskanı ancaq qara nöqtələr olan hissəyə, xüsusilə burun, alın və çənə nahiyəsinə etməlisiz. Yox, əgər dəriniz yağlıdırsa, onda bu maskanı arxayınlıqla bütün sifətinizə çəkə bilərsiniz.


Tarix: 24.11.2014 / 16:39 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri