beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağışlı günlərdə makiyaj necə edilir?

Yağışlı günlər üçün bir neçə makiyaj məsləhəti ilə tanış olmaq istəyirsiniz?
Bir neçə sadə makiyaj məsləhətlərini yadınızda saxlasanız, yağışlı günlərdə daha cazibədar ola bilərsiniz:
Rəngli nəmləndirici
Biz yağışlı günlərdə fondöten əvəzinə rəngli nəmləndiricilərə üstünlük veririk. Həm üz dərimizə ağırlıq etmir, həm də incə bir qat sürtdüyümüz rəngli nəmləndiricilər belə havalarda uzun müddət qalır
Suya davamlı tuj
Hamımız bilirik ki, yağışdan söhbət açılırsa suya davamlı tuj şərtdir. Çünki heç kəs yanaqlardan axan qara boya ilə gəzmək istəməz.
Yağışın nə zaman yağacağı bəlli olmur, buna görə də payızda hər zaman suya davamlı tuj istifadə etməlisiniz.
Krem ənlik
Bizim üçün bir başqa həyat qurtarıcı məhsul krem ənlikdir. Yağışlı havalarda daha qalıcı ənliyə ehtiyac var.
Primer
Makiyajınız olduğu kimi qalmasından əmin olmağınızın tək yolu primer istifadə etməkdir.
Qapatıcı
Üzünüzdə gizləməniz lazım olan ləkələr varsa qapatıcıdan istifadə edə bilərsiniz. Ancaq qapatıcı yalnız ləkəli bölgələrə vurmağı və düzgün rəngi istifadə etməyi unutmayın. Məsələn, dərinizdə qırmızı ləkə varsa, sarı tonlarında qapatıcıya üstünlük verin.


Tarix: 24.11.2014 / 16:36 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri