beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun saçların 7 sirri

Hansı birimiz, çiynimizdən tökülən sağlam saçlar arzulamır ki...Belə saçlara sahib olmaq üçün sizə verdiyimiz məsləhətlərə əməl edin.


Qidaya diqqət
Sağlam qida, saçlarınız üçün çox əhəmiyyətlidir. Saç hüceyrələrində bərpa rolunu oynayan proteindir. Ət, süd məhsulları, soya və qoz-fındıq, yalnız əzələləri gücləndirməklə kifayətlənmir, həm də saçların sürətli inkişafına kömək edir.

Su, su!
Bədəndə kifayət qədər suyun olmaması, orqanizmdə, maddələr mübadiləsini zəiflədir.Bədənin normal işləməsi üçün siz, gündəlik 6-8 st təmiz su içməlisiniz. Ancaq bundan sonra saçlarınız parlaq və güclü ola bilər...

Saç qıranlardan azad olmaq
Saçlarınızı, müntəzəm olaraq uçlarından vurdurun. Belə olduğu təqdirdə saçlarınızda heç bir saçqıran olmayacaq.
Saçlarınız bərabər uzanacaq. Unutmayın, nə qədər keyfiyyətli şampun olsa da, bu problemi yalnız saç ustası həll edə bilər.

Saçların yuyulması
Dərimiz kimi saçların da qoruyucu təbəqəsi olur.Həddindən artıq saçların yuyulması,bu təbəqənin zəifləməsinə gətirib çıxarır. Həftədə, 2-3 dəfədən artıq saçları yumaq olmaz. Əks halda, saçlarınız solğun və cansız görünəcək.

Qidalandırıcı maskalar
Dərimiz kimi saçlarımızı da qidalandırmağı unutmamalıyıq. Qidalandırıcılar saçların sağlam görünməsini təmin edir.

Düzgün darama
Saçlarımızı darayarkən çox diqqətli olmalıyıq. Nəm halda saçları əsla daramaq olmaz. Bu saçların zədələnməsinə gətirib çıxarır.Saçları, kökdən uca doğru yox, ucundan kiçik hissələri daramaqla kökə çataraq daramaq lazımdır. Belə olduğu halda saçlar çox zədələnmir.

Saç cihazları
Saçlarınızın sağlamlığı üçün fendən, düzləşdiricidən və s. uzaq durmaq lazımdır. Bunlar, yalnız saça zərər verə bilər. Bu səbəbdən lazım olmadıqca, bu alətlərdən istifadə etməyin. Ağır saç düzümlərinə üstünlük verməyin.

Bütün sadalanan bəndlərə əməl olunsa, nəticəni tezliklə görəcəyinizdən əmin ola bilərsiniz.


Tarix: 22.11.2014 / 14:25 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri