beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın olmaq xoşbəxtlikdir...

Allah qadını yaratmaq üçün 6 gün gecə gündüz çalışırdı. Bir gün məl...əklərdən biri soruşur: " Sən nə üçün onun üzərində bu qədər işləyirsən?"
Allah cavab verdi:- Bəs sən onu yaradacağım parametrləri görmüsən? " O gərək yuyucu olsun, amma plastmasdan yaradılmasın, 200-ə yaxın hərəkət edici hissələrdən ibarət olmalıdır və onların hər biri əvəzedilməz olmalıdırlar, o gərək bütün yeməklərdə işləməlidir, bir neçə uşağı qucaqlaya bilməlidir və bununla da bütün yaraları — diz ağrısından tutmuş ürək ağrısına qədər sağaltmalıdır. Bütün bunları isə o yalnız iki əli ilə bacarır..."
Mələk təəcübləndi: — İki əli ilə...axı bu mümkün deyil. Bu standart modeldir. Burada çox iş var, saxla sabah davam edərsən.
" Xeyr — Allah cavab verdi. " İşimin nəticəsinə çox az qalıb və bu mənim ən sevimlıi əməyim olacaq". " O xəstələndiyi zaman özü sağala bilər, hətta sutkada 18 saat işləməsinə baxmayaraq".
Mələk bir az da yaxınlaşdı və qadına toxundu :- O necə də zərifdir..."
" Bəli, o zərifdir, lakin mən onu həm də güclü etmişəm. Sən heç təsəvvürünə gətirə bilməzsən ki, ona nələrə sinə gərib, nələrə dözə bilər."
" Bəs o düşünə bilir? " — deyə Mələk sual verdi.
" O nəinki düşünmək, hətta inandırmağı, razılaşmağı da bacarır "
Mələk qadının üzünə toxundu — «deyəsən o əriyir! „
“ O ərimir… bu göz yaşlarıdır» — deyə Allah cavab verdi.
— Bəs bu göz yaşları nə üçün lazımdır?
— Göz yaşları ilə o öz kədərini, şübhələrini, sevgisini, yalnızlığını, sevincini bildirir.
" Bu inanılmazdır - mələk təəccübünü gizlədə bilmədi — Allahım sən hər şeyi düşünmüsən. Qadın doğrudan da valehedici, fövqəladə varlıqdır "
— Bəli, bu belədir. Qadında kişini heyrətləndirən güc var. O ağrı — acı ilə mübarizə aparıb, həyatın ağırlıqlarına dözə bilir. O xoşbəxtlik, sevgi və anlayışı özündə birləşdirir. Qışqırmaq istədiyi zaman gülür, ağlamaq istədiyi zaman isə oxuyur. Xoşbəxt olduğu zaman ağlayır, qorxduğu zaman isə gülür. O ondan oğurlanılan uğrunda mübarizə aparır. Ədalətsizliyə qarşı çıxır. Düzgün qərar gördüyü zaman razılaşır. Ailənin əmin-amanlığı üçün bütün varlığını qurban edir. Sevgisi sözsüzdür. Övladları üçün sevincindən ağlayır. Dostlarının uğuruna sevinir. Yaxınları, sevdikləri vəfat edəndə ürəyi parçalanır, lakin həyata davam etməyə özündə güc tapır. O bilir ki, sevgi, istək bütün yaraları sağaldır.
Onun bircə mənfi xüsusiyyəti var: O daim öz qədr-qiymətini unudur…


Tarix: 30.12.2012 / 12:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 509 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri