beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbii vasitələrlə dəriyə necə qulluq etmək lazımdır?

Proteinlə zəngin qida
Toyuğun sinəsi, balıq, lobya, əncil və tərkibində protein olan qidalar elə maddələrdir ki, onlar bədəndə olan mikroblarla mübarizə aparırlar. O zaman ki, protein həzm olunur, amin turşuları azad olur ki, o da hüceyrələrin yaranmasında böyük rol oynayır. Əgər bu amin turşularının səviyyəsi yüksək olarsa, dəri hüceyrələrinin yenilənməsi gözəl şəkildə yerinə yetirilər. Tövsiyə edirik ki, yağsız protein qəbul edəsiniz.

Zeytun yağı dərinin dostudur
Zeytun yağı dəri hüceyrəsini qışasını yağlayar və dərini daha yumşaq və lətif edər. Zeytun yağınıın tərkibində iltihaba qarşı da yağ turşuları vardır. Bu yağın tərkibində E vitamini və polifenol vardır.
Bu iki maddə dəriyə zərər vura bilən bir çox bakteriyaların qarşısını alır. Tövsiyə edirik ki, gündəlik həyatınızda zeytun yağından istifadə edəsiniz.

Sarımsaq
Sarımsağın tərkibində polifenol vardır ki, dərini mühafizə edir. Bir diş sarımsaq həmişə əlinizin altında olsun. Yeməklərinizə əzilmiş sarımsaq əlavə edin. Tövsiyə edirik ki, gün ərzində bir dənə sarımsaq yeyin.

Xırda meyvələrə xüsusi diqqət edin
Xırda meyvələrin tərkibində başqa meyvələrdən daha çox vitamin vardır. Nə qədər bacarırsınız xar tut, moruq, böyürtkən və sair yeyin. Bu meyvələr dəri sızanaqlarının qarşısını alır. Bunu da qeyd etmək lazımdır ki, qırmızı almanı qabığı ilə yeyin.

Yaşıl çay

Yaşıl çay üz dərisi üçün çox faydalıdır. Gün ərzində 4 stəkan yaşıl çay içməyə çalışın. Əgər kofeinə qarşı həssassınızsa, saat 3-dən sonra yaşıl çay içməkdən çəkinin.

Balıq yeyin
Balıqların tərkibində Omeqa-3 vardır. Bu da dəriyə gözəl təsir edir.
Bundan başqa Omeqa-3 hüceyrələrə su çatdırır. Tövsiyə edirik ki, həftə ərzində iki dəfə balıq yeyəsiniz.

Tərəvəzi və lobyanı yaddan çıxartmayın
Balıq, zeytun yağı, tərəvəz və lobya elə qidalardır ki, dəri üçün bir məcundur. Onu gözəlləşdirir və təravətli edir. Avstraliyalı mütəxəssislərin tədqiqatı göstərir ki, balıq, zeytun yağı, tərəvəz və lobya yemək - dərini mühafizə edir. Onlar tövsiyə edirlər ki, gün ərzində müxtəlif tərəvəzlər yeyin. Suplarına və salatlarına lobya əlavə edin.

Su için
Dəri hüceyrəsi suya ehtiyac duyur. Dərinizin təravətli olması üçün gün ərizndə 6-8 stəkan su için. Əlbəttə diqqət edin ki, o zaman ki, hava isti olar ya da idman edirsinizsə, suyun miqdarını artırın. Çünki bədəninizdəki su tərlə çıxır.
Mütəxəssislər isə qadınlara və kişilərə gün ərzində 11-15 stəkan su içməyi tövsiyə edir. Əgər dərinizin gözəl olmasını istəyirsinizsə, kofein və şəkərin miqdarını azaldın. Həddən artıq şirin qidalar dəriyə ziyan vurar.


Tarix: 06.07.2013 / 11:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1021 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri