beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alma sirkəsi faydaları

Alma və alma sirkəsinin təbii gözəllik və sağlamlıq qaynağı olduğunu bilirdinizmi???
Dəri baxımı, saç baxımı, sızanaq, dəridəki ləkələr, köklük, varis müalicəsi. Bütün bunlar üçün ehtiyacınız olan şey yalnız Alma və alma sirkəsi. Xüsusilə alma sirkəsi sağlamlıqla parlayan saçlar, ləkəsiz bir dəri və incə, gözəl bir bədənə qovuşmağınız üçün əhəmiyyətli rol oynayar.
Kəpəkli Saçlar Üçün Alma Sirkəsi
Saç baxımı və saçınızdakı kəpəklər üçün saçlarınızı yuduqdan sonra son durulama suyuna yəni 1 litr suya 1 çay stəkanı alma sirkəsi qoyun və saçlarınızı bu su ilə durulayın. Bu əməliyyatı bir müddət hər saçınızı yuduğunuzda tətbiq edin. Saçlarınız kəpəkdən təmizlənəcək və parlaqlaşacaq.
Sızanaqlar Üçün Alma Sirkəsi
1 çay stəkanı alma sirkəsinə yarım çay stəkanı su əlavə edin və bir parça pambığı bu qarışığa batırıb sızanaq üzərinə bir müddət kompres edin. Faydasi olduğunu görəcəksiniz.
Dəri Ləkələri Üçün Alma Sirkəsi
Bir qaba yarı yarıya sulandırılmış alma sirkəsi qoyub qaynadın. Daha sonra bu su ilə üzünüzə buxar duşu edin. Ayrıca yarı yarıya sulandırılmış alma sirkəsi ilə üzünüzü 3-4 gündə bir silə bilərsiniz. Dəri ləkələri üçün olduqca faydalı.
Artiq Kilolar Üçün Alma Sirkəsi
Bir stəkan suyun içinə 1-2 şirin qaşığı alma sirkəsi qoyun. İçinə 1 şirin qaşığı bal əlavə edib səhərlər nizamlı olaraq ac qarıına için. Artıq kilolarınıza faydası olduğunu görəcəksiniz.


Tarix: 04.07.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri