beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzdəki ləkələrdən qurtulmağın ən asan yolu

Dərinizin diqqətə ehtiyacı olduğunu göstərən 5 işarə...

Sağlam və baxımlı bir dəriyə sahib olmaq üçün ona ciddi qulluq göstərmək lazımdır. Günün yorğunluğu, xarici faktorların təsiri ilə dəri qocalır. Lazım olan qulluğun edilməməsi isə vaxtından əvvəl yaşlanmalara və qırışlara səbəb olur.
Quru dəri
Quruluq, dərinizə kifayət qədər qulluq etmədiyinizi göstərən xüsusiyyətdir. Gözəl dərinin sirri nəmli olmasıdır. Quru dərilər solğun görünür. Bundan xilas olmaq üçün, çoxlu maye qebul edin.
Həddindən artıq yağlı dəri
Quru dərilər kimi həddindən artıq yağlı dərilər də pis görünür. Həddindən artıq yağlı üzdə ləkələr yaranır. Bundan xilas olmaq üçün dəri təmizliyinə laqeyd yanaşmamalı və yağlı qidalardan uzaq durmalısınız.
Dəridə qabıqlanma
Tez-tez üzünüzlə oynayır, dərinizdə yaranan qabıqları qoparırsınızsa, təcili həkimə getməlisiniz. Dəridə yaranan qabıqlar hormonal dəyişiklə bağlı ola bilər. Bununla yanaşı, kosmetik məhsulların və ya hansısa qidaların allergiya verməsindən də qaynaqlana bilər.
Ləkəli dəri
Qadın üçün ləkəli üz dəhşətdir. Üzdəki ləkələri korrektorlarla ört-basdır etmək olar, ancaq müvəqqəti. Dərilərdə yaranan ləkələr bədəndəki dəyişikliklərlə əlaqədar ola bilər. Bu kimi vəziyyətlərdə tibbi dəstək mütləqdir.
Gözaltı kölgələr
Gözlərin altı çox həssas olduğu üçün bəzi üzlərdə kölgələr meydana gələ bilər. Kölgələrdən xilas olmaq üçün nizamlı yuxu və sağlam qidalanmaya diqqət etmək lazımdır.


Tarix: 03.07.2013 / 21:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri