beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın ayaqları aludəçiliyi

Cek Blək, Devid Borenanaz, Teodor Bandi, Bruk Börk, Cakomo Kazanova, Frensis Skott Ficerald, Tomas Hardi, Fyodor Dostoyevski, Corc Dumorye, İohann Volfqanq fon Höte, Ludakris, Elvis Presli, Enrike İqlesias, Riki Martin, Aleks Rodriges, Kristian Sleyter, Britni Spirs, Kventin Tarantino, Saymon Uebb...

Sizcə, bu məşhur insanları nə birləşdirir? Bacarıqmı, istedadmı, yoxsa, incə dediyimiz sənət? Ola bilər. Fəqət, həmin insanların hamısı "foot-fetish" (fut-fetiş) aludəçisi olub. Fut-fetiş isə insanın cinsi zəmində pozuntularından biri sayılır. Sovetlər dönəmlərində "çürüməkdə olan kapitalizm" ölkələrinin əxlaq pozuntuları kimi bizlərə bəhs edilən sadomazoxizm, fetişizm, vuayerizm və cinsi pozuntuların digər "izm"lərindən bəhs edərkən "Bilik" cəmiyyətinin mühazirəçiləri sifətlərini turşudar, "yoldaşlar, bütün bunlar insanların əxlaq sapıntıları, habelə manyaklıqdır" deyərdilər. O vaxtdan illər keçib. Artıq nə Sovetlər Birliyi var, nə də sovet adamlarının bilik səviyyəsini kommunist və ateist bünövrəsi üzərində artırmağa çalışan "Bilik" cəmiyyəti. Kapitalizm isə qalır və indi bizlər də belə cəmiyyətdə yaşayırıq. Qərbdəki hər əməllər kimi, sadaladığımız "izm"lər də Azərbaycana sirayət etməkdədir. Daha doğrusu, həmin sirayət artıq var və buna, 2011-ci ilin ilk günlərində şahid olduq.

"Utanmayın, özünüzü tam rahat hiss edin"

İnternetin yerli məkanında yaradılmış və ziyarətçilərinin sayı hər gün yüzlərlə olan saytlardan biri "Bakı sadomazoxistlərinin forumu" adlanır. Burada qeydiyyatdan keçmiş insanlar müxtəlif uydurma adlar, "niklər" altında gizlənsələr də, aralarında bir-birlərini yaxşı tanıyanlar az deyil. Sutkada 712 nəfərin baş çəkdiyi bu forumda yarım saatda təxminən 58 daimi üzv söhbətləşir. GoogleBot, Marlena, Miledi, nizkiy-rab, Qanqrel, Zidan, Denis, Klubniçka, 2egabrag, adelson.xv, Aleks, Alex3161, Chernui, Cingachguk, CyberGoddes, daim2006, David, Dirlok, dla_pari, Donald, elcin xeyal, Fedor123, fireblues, Foot_Fetish_Man, kosmos, Lonely, M.G, Madgreen, maksim-zavodov, manualuser, Marlena, mazo_81, MegaMix, merlin770, Miledi, nagval, Navuxadonosor, Pepper, Princess Lover, rab-rab, Samets, sanya, Sklave, sl2005, super lizun, X-Fly, yugo1978, zheltok1981@mail.ru, vervulf, vnizu, Qospoja Glen, Denis, Domina, Malenkaya, NİİZvestno, Obıçnıy, Olqa, Serqey Sıçev... Bunlar Bakının sadomazoxistləri, fetişistləri və fut-fetişistləridir.


"Zirzəmi həyatı sürüruk"

Paytaxtın gizli, intimual pozuntularının adi həyatda aşkarlamaq istəməyən və yalnız bu foruma yığışaraq özlərinə "yar" tapanların biri ilə söhbətləşdik. Adının açıqlanmasını istəmədi və dedi ki, sadəcə, "Qafqaz Boy" niki ilə göstərilsin. Onu da söylədi ki, Bakıdakı fetişistlər, sadomazoxistlər və bu kimi "qeyri-adi" sayılan adamlar arasında yaxşı tanınan "Kartoqraf" ləqəbli birisinin yaxın dostudur. "Kartoqrafı bizim forumda tanımayan yoxdur. O, qadın ayaqlarının dəlisidir. İnanın ki, gözəl daban və ya qadın ayağı görəndə titrəyir. Mən də eləyəm. Qadın ayağından aldığım həzzi dünyada heç nədən almıram", - deyən "Qafqaz Boy" özü barədə bundan artıq danışmaq istəmədiyini söylədi. Xeyli keçəndən sonra məlum oldu ki, 28 yaşı var, Bakıdakı şirkətlərdən birində çalışır, biznes təhsili var və menecerdir. Yeni inşa edilmiş binalardan birində üçotaqlı mənzil alıb, ailəsi ilə orada yaşayır. İki uşaq atasıdır.


"Arvadım bilsə, boşanar məndən"

Onun fetişist olmasından təbii ki, nə arvadının, nə ailə üzvlərinin, nə də iş yoldaşlarının xəbəri var. "Belə həyat keçirməyə məcburuq, çünki fetişist olduğumuzu bilsələr, böyük problemlər yarana bilər. Elə arvadım boşanar məndən. Buna görə istəmirik bizi tanısınlar. "Mavi"lərə nə var - cəmiyyət onların varlığı ilə barışıb. Hətta məşhur müğənnilər arasında "mavi" olanlar intimual yönlərini artıq gizlətmirlər. Biz isə "zirzəmi" həyatı sürüruk", - deyən "Qafqaz Boy" maşını şəhərin mərkəzi səmtlərindən birindəki binanın qarşısında saxlayır:
- Çatdıq. Bu axşam "parti" var. Gedək. Orada utanmayın, özünüzü tam rahat hiss edin.

Ayaqyalayanlar məclisi

Binanın üçüncü qatındakı mənzildə Yeni İl sonrası "parti", yəni bayram yığıncağı var. Yığışanlar 25-40 yaş arasında olan kişilər və qadınlardır. Zahirən orta təbəqə mənsublarıdır çoxu, amma aralarında qollarında İWC və "Patek Philippe" saatları olanlar da var. Təbii, bunlar çox imkanlı adamlar olduqlarından, kiçik qrup halında bir kənarda oturublar. Rus və ingiliscə danışıqlar da eşidilir - bu kəslər böyük otağın digər tərəfində yığışıb nəyisə müzakirə edənlərdir. Ev sahibi bizə, yəni, yeni qonaqlara "xoşgəldin" edəndən sonra "bura buyurun" söyləyərək böyük, döşəmədən tavanadək olan aynanın kənarındakı iki kreslonu göstərdi. Sonra masa döşəndi və şam ziyafəti başlandı. Deyib-gülən, zarafatlaşan qonaqlara baxan əsla deməzdi ki, bu insanlar sadomazoxizm, fetişizmdən həzz alanlardı. Ağla gəlməzdi ki, burada oturan kişilər boyunlarına xalta salıb diz çökmək və qadının onun qamçılamasından, qadın ayaqlarını öpməkdən, onları vuranda həzz almaqdan xüsusi "kef" tutan adamlardı. Çox nəcib və incə zərif cins mənsubları təsiri bağışlayan qadınlara baxan nə bilərdi ki, onların hər biri "femm domin" aşinası, yəni kişi ilə cinsi əlaqə zamanı kişi döymək, alçaltmaq, ona əzab vermək, söymək və bağırmaqdan həzz alan insanlardı... Amma belə idi və masa arxasında oturanlar adi həyatda mühasib, menecer, direktor və digər peşə sahibləri olsalar da, internetdəki forumlarda ən müxtəlif niklərlə öz "gizli arzu"larını izhar edən manyaklardı. Amma onlar özlərini manyak saymır, adi insan bilirlər. Əcəba, belədirmi?

"Manyak adam öldürən yox, öz içindəki insanı məhv edəndir"

Psixoloq Ələviyyə Aslanovanın dediyinə görə, fut-fetiş, sadomazoxizm və bu kimi intimual sapıntıların daşıyıcısı olan insanlar özlərini cəmiyyətdəki başqa insanlardan ayırmır, normal fərd sanırlar. "Lakin əfsuslar olsun ki, belə deyil. Cinsi əlaqənin normal formalarından həzz almayan, ən müxtəlif "fərq"lər hesabına əylənmək istəyən insanlarda maniya var. Həmin maniya, yəni normal psixi davranış sisteminin pozulması və nəyəsə qeyri-adi, qeyri-təbii maraq, habelə nədənsə qorxmaq bu insanların xislətindədir. Onları aşkar yox, gizli intimual manyaklar saymaq olar, çünki adi və ənənəvi həyatda normal insanlar olduqları halda, müəyyən vaxtlarda həmin "normallıq" qılafını çıxarır, manyaklara çevrilirlər. Belələri ayaq öpmək, döyülmək, zərbə almaqdan xoşlanırlarsa, həzz alırsa - onları normal psixikalı və davranışlı insan hesab etmək çətindir", - Ə.Aslanova Milli.Az-ın əməkdaşı ilə söhbətində bildirdi.

Onun sözlərinə görə, fut-fetişizm və ya sadomazoxizm psixi sapıntıların nisbətən yüngül forması sayıla bilər. Bununla intimopatoloq Qurban Ağayev də razılaşır. Onun sözlərinə görə, Bakıdakı "fut-fetişist"lər və ya kobud təbirlə desək, "ayaq yalamaq" əslində anormallıq olsa da, həmin "cərəyan"ın kökləri qədimdir. Fut-fetişizm, yəni, qadın ayaqlarına xüsusi önəm verilərək onun cinsi həzzin bir növünün sayılmasının tarixi olduqca qədimdir. Qədim Çində kiçik qadın ayaqları olduqca intim sayılırdı. Qızlar hələ kiçik yaşlarında olanda onların pəncələrini ipək zolaqlarla elə bağlayırdılar ki, pəncənin inkişafı dayansın. Bu, pəncənin ölçüsu indiki siqaret qutusundan artıq olmayan kiçik başmağa yerləşməsi üçün edilirdi. Qədim çinli zadəganların fikrincə, belə pəncələr suçiçəyi tumurcuğunu xatırladırdı. Fut-fetişizm nümunələrindən biri barədə Vilhelm Yansenin 1903-cü ildə çapdan çıxmış "Qradiva" əsərində bəhs olunur: "... Gənc arxeoloq Norbert Hanold Romadakı əntiq əşyalar anbarında qabarıq bir rəsmm tapdı. Alim rəsmi o qədər bəyəndi ki, onun gips surətini çıxararaq Almaniyada universitetdəki iş otağının divarından asdı. Rəsmdəki gənc romalı qadının yerişi, onun gözəl ayaqları Hanoldu valeh etmişdi".

Qadın ayaqları kişiləri şəhvətə gətirir?

Qadın ayaqlarına cinsi zəmində meyl intimual fetişizmin ən geniş yayılmış formalarından biridir. intimapatoloq Qurban Ağayevin dediyinə görə, fut-fetişstləri ayaqların və pəncələrin görünüşü, onlara toxunmaq, pəncə və ayaq barmaqlarının dərisinin iyi, barmaqların hərəkəti vəcdə gətirir. "Fut-fetişizm seansından əvvəl qadınlar bir qayda olaraq ayaqlarını yumurlar, çünki qadın ayağtının iyi və tər qoxusu bir qayda olaraq belə "mülayim" intimual manyak olan kişiləri şəhvətə gətirir. Bəzi fetişistlər isə əyinlərində cins şalvar olan qadınların yalın ayaqlarını görəndə həzz alırlar. Eyni zamanda, fut fetişistlər arasında qadınlar və homointimuallar da olur", - Q.Ağayev dedi. O bildirdi ki, fut-fetişistlər arasında bastinado, yəni pəncələrin yumşaq döyülməsi və tiklinq, yəni, ayaqların qıdıqlanması kimi "həzz yolları" geniş yayılıb.

Özlərini normal bilən anormallar

Bakıdakı fetişistlərin internetdə bir neçə saytı var. Həmin veb-resurslar bu şəxslərin ünsiyyət vasitələrindən biridir. Fetişist və sadomazoxistlərin yerli internet forumlarında "Demiurq" niki ilə tanınan 32 yaşlı həmsöhbətim isə deyir ki, onların arasında anormal insan yoxdur: "Hamımız həyatda adi, normal adamlarıq. Sadəcə, çoxluqdan fərqli olaraq, ənənəvi üsullarla həzz almaq istəmirik və ala da bilmirik. Buna görə bizi anormal saymaq, xəstə bilmək mədəniyyətsizlikdir". "Demiurq"un dediyinə görə, banklardan birində çalışır və həyatından da narazı deyil. Mazoxistliyinə gəldikdə isə, bu, onun şəxsi işidir və kimsə də onun həyatına müdaxilə etmək hüququnda deyil: "Qanunları pozmuruq, kimsənin həyatına qarışmırıq. Belədirsə, niyə normallıqdan uzaq adamlar sayılmalıyıq ki?!" Lakin mütəxəssislər belə düşünmürlər. Psixoloq Ənvər Dadaşov hesab edir ki, intimual pozuntulara mübtəla olan insanları heç bir halda normal davranış və psixikaya malik şəxslər saymaq olmaz. "Bu insanlar fərdin psixoloji davranış və ətrafı dəyərləndirmə modelindən çıxaraq, yad müstəvidə "oynayan"lardır. Onlar özlərinə müəyyən çərçivə çəkir, həmin çərçivə daxilində davranır, yaşayır, emosiya və duyğularının məcmusunu həyatı qavrama modeli qismində əxz edirlər. Halbuki onların anlayışı qüsurlu, davranışları və qəbuletmə prinsipləri anormaldır. Bəli, mən də razıyam ki, bu adamlar gizli intimual manyaklardır və onların ciddi müalicəyə ehtiyacı var. Həmin müalicə isə onların psixikasının reabilitasiyasından başlamalıdır", - deyə Ə.Dadaşov Milli.Az-ın suallarını cavablandırarkən qeyd etdi. Mütəxəsisslər onu da deyirlər ki, fetişistlər, mazoxistlər və sadistlərin psixikasında ciddi pozuntular olduğundan, belə insanlar mütləq müalicəyə cəlb olunmalı, onların müayinədən sonra reabilitasiyası təşkil edilməldir.

Döyülmək istəyən kişilərin xanımı

Bakıdakı sadomazoxist və fetişistlər isə öz işlərindədir. Onların görüş yerləri həmişə olduğu kimi, virtuallıqla reallıq arasındakı müstəvidir. İnternetdəki sosial şəbəkələr, forumlar və yerli "fərqli"lərin saytları ilə yanaşı, bu insanlar SMS-ləşmə və elektron poçt vasitəsilə də bir-birləriylə sıx əlaqə saxlayırlar. Eynən "Miledi" adıyla tanınan qadın kimi... Bakıda yaşayan və dediyinə görə, iki uşaq anası olan bu qadın "femdom" tərəfdarıdır. Yəni, qadının kişi üzərində total və şəksiz üstünlüyünün qaçılmaz, həm də normal olduğunu deyir. Cinsi əlaqələr zamanı qara dəridən "femm" əlbisələri geyən "Miledi" kişiləri şallaqlayır, döyür, hətta ahəstə şəkildə boğub buraxır da. Dediyinə görə, kişilər bundan həzz alır. Təbii ki, söhbət "Miledi"nin incə əllərinin zərbəsini və onun vurduğu qamçıların ağrısını dadmaq istəyənlərdən gedir. O kəslərdən ki, Bakıdakı fetişist və sadomazoxistlərin sayt və forumlardan tutmuş, görüşlərinə və "parti"lərinədək bir çox təmaslarının maliyyə problemini həll edir.

Hər bir halda... Onlar mütləq həkim, psixoloq, psixoterapevt, intimopotoloq müayinəsindən keçməlidirlər. Özləri üçün etməsələr belə, yaxınları, doğmaları, ailələri üçün etsinlər bunu. Axı onlar da atadır, anadır (yaxud, gələcəyin atası, anasıdır), özləri kimi övladları olmasını bəlkə heç özləri də istəməzlər. Axı etiraf edirlər ki, cəmiyyət onları qəbul etməz, özünə yaxın buraxmaz, ona görə də gizlənir, zirzəmi həyatı yaşayırlar... Niyə bu taleyi onların övladları da yaşamalıdır?


Tarix: 27.06.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 567 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri