beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+Saçlarınızı Hər Gün Yumayın

Prof. Dr. Ayşin Göktürk, saçlı dərinin özünə xas qoruyucu florası olduğunu, baxımının diqqətlə edilməsi lazım olduğunu söylədi. Bəzi kəslərin ''çox yağlı'' deyərək saçlarını sıx aralıqla yuduğunu ifadə edən Prof. Dr. Göktürk, ''Bu davranış doğru deyil, sıx yumaqla yağlı saçlardan qurtulmaq olmaz. Sıx yumaq saçlı dərinin qoruyucu florasını pozar'' dedi.
Saçları sıx yumağın dəridəki qoruyucu bakteriyaları yox edərək kəpəklənmə və saç tökülməsinə yol aça biləcəyini yazan Göktürk, ''Qoruyucu təbəqə yox olduğu kimi dəridə istənməyən bakteriya və göbələklərin törəməsinə səbəb ola bilər.
Ən sağlam olanı saçların həftədə 3 gün PH dəyəri 5,5 olan şampunla yuyunmasıdır. Ayrıca yuma əsnasında çox isti su yerinə ilıq su istifadə edilməli'' deyə danışdı.
Göktürk, saçlarda jele və boya kimi fiziki və kimyəvi tətbiqlərin uzun müddət qalmamasını təklif etdiklərini ifadə edərək, ''Bu məhsullar da saçın və saç dərisinin təbii quruluşunu pozur, saçları gücsüzləşdirir. Saçın məruz qaldığı kimyəvi təsirin uzanmaması üçün jele istifadə edən kəslər günün sonunda saçlarını şübhəsiz yumalıdır'' dedi.


Tarix: 02.07.2013 / 19:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri