beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözlərin makiyajında olar və olmazlar.

Gözəl baxışların sirri

Olar - Rənglərlə oynamaq Yaşıl və bənövşəyi rənglərin çalarlarından istifadə edə bilərsən Bu, gözlərdə qeyri-adilik yaradır

Olmaz - Göz kölgələri qablarında olan aplikatordan istifadə etmək

Baxışların daha yumşaq görünməsindən ötrü kölgələr üçün nəzərdə tutulmuş fırçalardan istifadə etsən yaxşıdır

Olar - Tünd göz kölgələrindən istifadə etməklə gözləri parlaq etmək Bunun üçün göz qapaqlarının sonunu beyrəngli karandaşla vurğula

Gözdəki kosmetik vasitələrin təmizlənmə qaydası:

Suyadavamlı kosmetikanı təmizləmək üçün pambığı yağlı təmizləyicidə islat
Vazelindən də istifadə edə bilərsən
Gözünü yum və aşağıya doğru yüngül hərəkətlə sil
Pambığı təmiz tərəfinə çevir və yuxarıyadoğru sil
Gözlərin hələ də çirklidir? Onda yenidən təkrar et

Gözlərdəki rəngi davamlı etmək üçün - əvvəlcə göz karandaşını çək, sonra isə eyni rəngdə kölgə ilə üstünü ört

Dramatik baxışlara nail olmaq üçün - gözləri karandaşla xəttlə, sonra isə maye halında olan laynerlə üstündən get

Valehedici gözlərə yiyələnmək - bunun üçün kölgələri 3 qat et Solğun mavi göz kölgələrini sınaqdan keçirə bilərsən

Göz qapağının ön hissəsini açıq- qəhvəyi, sonunu isə tünd- qəhvəyi rənglə boya Onda görünüş daha təbii olacaq

Bunun üçün tuşun birinci qatını nazik, ikinci qatını isə bir qədər qalın çəkmək lazımdır


Tarix: 26.06.2013 / 14:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri