beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sütdən gələn gözəllik...

Dərimiz üçün bir möcüzə axtarırsaq qətiliklə o möcüzənin adı süddür! Təbii nəmləndirici vəzifəni boynuna götürən südü yüz illərdir qadınlar gözəllikləri üçün istifadə etməkdədirlər. Bilməyənimiz yoxdur ki, gözəlliyi ilə günümüzə qədər adı gəlmiş olan Cleopatrada süd duşlarıyla gözəlləşərdi. Madam bu cür gözəlliyimiz üçün təsirli bir maddə var həyatımızda o zaman onu necə istifadə edəcəyimizi bilməliyik deyilmi? Buyurun birlikdə südün gözəllik sirlərini öyrənək:




Romantik Şokoladlı Süd Duşu

• 3 fincan süd
• 5 yemək qaşığı təzə qıyılmış nanə
• 3 yemək qaşığı kakao
• ½ fincan duz
• 1 fincan misir nişastası
Bütün bu vəsaitləri geniş bir kasa içərisində qarışdırın və doldurduğunuz ləyənin içinə tökün. Süd duşunuzun kefini dilədiyiniz qədər müddətini artıra bilərsiniz.

Süd və Bal ilə Canlandırıcı Maska

• 3 yemək qaşığı süd
• 3 yemək qaşığı bal
• 1 fincan yulaf vəsaitləri qarışdıraraq məcun konsistensiyasında bir qarışıq əldə edin. Təmizlədiyiniz üzünüzə bu maskanı tətbiq edin və barmaq uclarınız ilə masaj edin.Üzünüzü bir neçə dəqiqə sonra ilıq su ilə durulayın.

Rahatlaşdırıcı Təmizləmə Lasyonu:

• 1 ədəd çobanyastığı çayı paketi
• 2 yemək qaşığı bal
• 1 kiçik xiyar
• 1 yemək qaşığı süt.
Bir fincan çobanyastığı çayı hazırlayın və soyumağa buraxın. Dilimlediyiniz xiyarların çəngəl köməyi ilə suyunu çıxarın. Bal və südü xiyar suyuna əlavə edin. Əldə etdiyiniz lasyonu pambıq köməyiylə üzünüzə sürün. Ardından üzünüzü soyuyan çobanyastığı çayı ilə yuyun.


Tarix: 25.06.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri