beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zaman uçar,amma gözəllik qalar...

gəncliyinizdən güzəşt vermək məcburiyyətində deyilsiniz. Gənclik fotoşəkillərinizlə gələcək fotoşəkilləriniz arasında siz istəmədiyiniz müddətcə fərq olmaz!

Tək etməniz lazım olan gündəlik rutininizdə dəriniz üçün bu detallara diqqət yetirməkdir:

Sabun yerinə üz təmizləmə südü istifadə edin!

Dərinizin qurumasına səbəb olan sabun yerinə dəri tipinizə uyğun üz təmizləmə südü və ya maye təmizləmə gelləri istifadə edə bilərsiniz. Təmizlik sonrası tonik istifadə edərək, açılan məsamələri təkrar möhkəmləşdirəcək və nəmləndirici üçün hazır hala gətirəcəksiniz. Səhər və gecə dəri tipinizə uyğun nəmləndirici sürtərək, gündəlik baxımınızı tamamlamış olacaqsınız.


Ölü hüceyrələri yox edin!

Həftədə bir dəfə dərinizdəki ölü hüceyrələri və qara nöqtələri təmizləmək üçün peeling etməlisiniz. Beləcə dərinizin nəfəs almasını təmin edər və gənc qalmasına köməkçi olarsınız.

Günəşin zərərli təsirlərindən qorunun!

Günəşin zərərli təsirlərindən üzünüzü qorumaq üçün mütləq günəş kremindən istifadə edin. Yaz-qış ayrı-seçkiliyi etmədən, nəmləndiricinizi sürtdükdən sonra günəşdən qoruyucu krem sürtməni vərdiş halına gətirin. Dərinin yaşlanmasında ən təsirli səbəbin ultraviole şüaları olduğunu unutmayın.

Dəriniz nəfəs alsın!

Dərinizin nəfəs alması çox əhəmiyyətlidir. Bu səbəblə istifadə etdiyiniz makiyaj məhsullarında mümkün olduğunca dərinizin nəfəs almasına icazə verəcək təbii məhsullar seçməyə çalışın. Axşamları isə dərinizi təmizləmədən əsla yatmayın.

Bitkilərin gücünə inanın!

Antioksidan hüceyrə dağıtmasını yavaşlatdığından dərinizin gənc qalması üçün antioksidan ehtiva edən tərəvəz və meyvə qəbul etməyə diqqət göstərməlisiniz. Yaşıl çay, brokoli, gül kələmi, sarımsaq, pomidor, qoz, badam, kivi, çiyələk, itburnu bol miqdarda antioksidan ehtiva edən qidalardır.

Su içməyi unutmayın!

Dərinin ən əhəmiyyətli nəm qaynağı - su içməyə əsla laqeyd yanaşmayın. Gün içində ən az 8 stəkan ya da 2 litr su içməyi unutmayın.


Tarix: 23.06.2013 / 15:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri