beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeal bədən quruluşuna sahib olmağın ən son üsulu!

“Kökəlmisən” – bu sözü eşidəndə insanlar söyüş kimi başa düşür. Dünya əhalisinin böyük bir hissəsi üçün də söyüşdən betər ifadəyə çevrilib. Neçə milyon insan arıqlamaq üçün idman salonlarına, dietoloqlara külli miqdar da pul xərcləyir. Hətta bunun üçün canına risk edib təhlükəli əməliyyatlara və həkim bıçağının altına da yatır.

Lakin heç düşünmürlər ki, bunu asan və pul xərcləmədən də etmək olar. Sadəcə, həyat tərzimizi dəyişdirməli və qaydasına salmalıyıq ki, həm sağlam ola, həm də ki, yaxşı formada qala bilək. Bu bir az vaxt və səbr aparsa da, ən ideal üsul sayılır. Tez arıqlamaq istəyirsinizsə, bunlara əməl edi:

- Soyuducunuzu elə boşaldın ki, açanda yeməyə bir şey tapmayıb bağlayasınız.

- Yemək vaxtından əlavə yediniz hər şey sizə “düşməndir”. Onun əvəzinə su için.

- Deməyə ehtiyac yoxdur, amma yenə də xatırladaq: şirin içki, çörək və karbonhidratlardan uzaq durun.

- Yaxşı restoranlara, tədbirlərə getməməyə və axşamlar bir saat əvvəl yatmağa çalışın. Əgər axşamlar kino və ya televizorda nəsə izləmək istəyirsinizsə, bunu qaranlıqda deyil, işıqda edin. Çünki qaranlıqda daha tez acıya bilərsiniz.

- Səhər yeməyinizi mütləq yeyin. Bu, sizə gün ərzində itirməli olduğunuz enerjini verəcək və günorta yeməyinə qədər çox acmayacaqsınız.

- Günorta vaxtlarında iştahanız açılıbsa, sevdiyiniz mahnılara qulaq asın. Araşdırmalar göstərib ki, musiqi dinləyəndə də sevdiyiniz bir yeməyi yeyəndə də beyninizin eyni hissəsinə siqnal ötürülür. Yəni, beyinimiz bu zaman qidalanır.

- Doyunca yatın ki, yeyərkən aldığınız enerjinizi yatanda toplayasınız.

- Yaşıl çay için. Araşdırmalara görə, yaşıl çay içmək bədəndəki kalorilərin yanmasında çox vacibdir. Gündə 3 stəkan yaşıl çay için.

- Yemək yeyərkən fikrinizi cəmləşdirin. Ayaq üstə dayanarkən, kitab oxuyarkən, film izləyərkən, ya da netdə oturarkən yemək yeməyin.

- Gündə ən azı 20 dəqiqə açıq havada oturmağa, ya da piyada gəzməyə çalışın. Çünki günəş şüaları yemək istəyinizi idarə etməyə kömək edir.

- Sağlam qidalara üstünlük verin. Evdən kənarda yemək yeyəcəksinizsə, seçiminiz mayonezsiz salatlar olsun.

- Özünüzü çox yormayın. Pəhriz vaxtı 1200 Kkaloridən düşməməyə çalışın.

- Həyat-baca işləri ilə məşğul olun. 1 saat həyətdə işləmək 500 kalori itirməyinizə kömək edir. Özünüzün bağçası yoxdursa, qonşunun bağçasında işləyin.

- Lift əvəzinə pilləkənlərdən istifadə edin.

- İplə hoppanmaq da yaxşı idmandır. Həm də o biri idman hərəkətlərindən daha asan və əyləncəlidir.

- Tez-tez, amma az-az yeyin.


Tarix: 19.06.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri