beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəninizin həqiqi yaşı neçədir?

Bədəninizin həqiqi yaşı neçədir?
Bədən yaşınız doğum yaşınızla paraleldir? Öyrənin!

Dəri elastikliyi
Dəri yaşlandıqca, kolajen və elastin maddələri azalar və elastikliyini itirər. Əlinizin üzərindəki dərini çimdiklər kimi tutaraq çəkin və bir dəqiqə bu şəkildə dayanın. Dərini buraxdığınızda təkrar normal, düz hala gəlməsi nə qədər zaman alır?
1 - 2 saniyə: 30 yaş arası
3 - 4 saniyə: 40 yaş arası
5 - 10 saniyə: 50 yaş arası
11 - 30 saniyə: 60 yaş arası
31 - 45 saniyə: 70 yaş arası
45 saniyənin üzərində: 80 yaş arası

Reaksiya testi
Reaksiya vermə sürəti yaşlandıqca azalar. Bunu ölçmək üçün, yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və bir yoldaşınızdan əlinizin üzərində 45 smlik bir xətkeş tutmasını istəyin. Xətkeşi buraxdığında tutun. Tutduğunuz yer, nə qədər sürətli reaksiya verə bildiyinizi göstərər.
14 smə qədərsə: 20 yaş arası
15 - 24 sm: 30 yaş arası
25 - 29 sm: 40 yaş arası
30 - 35 sm: 50 yaş arası
40 sm və üzəri: 60 yaş arası

Zehni gümrahlıq
100dən geriyə doğru 0a qədər 7-7sayın . Nə qədər müddətdə saya bilirsiniz? 25 saniyədən uzun davam etməsi zehni yaşlanma göstəricisidir.
20 saniyədən qısa: 40 yaşın altındasınız
25 saniyə: 40 - 60 yaşlarındasınız

Əmin olmaq üçün bir test də edin. Bir dəqiqə içində ağılınıza neçə dənə meyvə və tərəvəz adı gəlir? 60 yaşın altındakılar, ən az 15 dənə tapa bilər.

Tarazlıq
Sağ ayağınızı 45 dərəcə əyik halda tutaraq sol ayağınızın üzərində durun, əllərinizi də ombanızın üzərinə qoyun və gözlərinizi bağlayın. Tarazlığınızı itirib sağ ayağınızı yerə qoymadan nə qədər dayana biləcəyinizi ölçün. Bu hərəkəti bir neçə dəqiqə arayla 3 dəfə təkrarlayın və bu şəkildə ortalama nə qədər dayana bildiyinizi hesablayın.
70 saniyədən çox: 20 yaş arası
60 - 69 saniyə: 30 yaş arası
50 - 59 saniyə: 40 yaş arası
40 - 49 saniyə: 50 yaş arası
30 - 39 saniyə: 60 yaş arası
20 - 29 saniyə: 70 yaş arası
19 saniyədən az: 80 yaş arasındasınız.

Göz bəbəyi boyu
Göz bəbəkləri yaşlandıqca kiçilər. Ancaq işıq da göz bəbəyinin kiçilməsinə gətirib çıxardığı üçün bu testi normal gün işığında etməlisiniz. Göz bəbəyinizin diametri 4 mmdirsə bioloji yaşınız 30; 2 mm isə 60dır.

Kornea testi
Aynada göz yumrunuza baxın. Korneanızın ətrafında yay şəklində bir ağ xətt var? Ağ xəttin uzun olması xolesterolunuzun da yüksək olduğuna işarə edə bilər. 80 yaş arası bir dövrə gəldiyinizdə kornea ətrafındakı ağlıq tam bir dairə şəklini alar.


Tarix: 15.06.2013 / 18:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri