beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Qadınam.../

Mən qadınam...Dünyanın ən incə,ən zərif məxluqu olsam da hər zaman ən böyük çətinliklərin öhdəsindən gələrəm.Kişilərdən daha dözümlü,daha çətin vəzifələr daşıyaram.

Mən qadınam...Yaradılmışların ən gözəli,ən sevimlisiyəm.Kişilər mənim gözəlliyimə həsəd aparar.Bu gözəlliyin qarşısında diz çökərlər.

Mən qadınam...Göz yaşlarımı gizlətmərəm.İstədiyim zaman kövrələrəm,içimi boşaldaram.Kişilər bacarmaz bunu...Onlar qadınların göz yaşlarının qarşısında o qədər acizdirlərki...

Mən qadınam...Gülərəm ürəkdən, istədiyim kimi sevinərəm.Bəzən uşaq olaram amma bu heç kimə qəribə gəlməz.Kişilər məhz qadınların uşaqsayağı tərəflərini daha çox sevər.Çünki özləri bunu bacarmaz.

Mən qadınam...Öz həyat çərçivələrimdə yaşayaram.Kişilərə bu cansıxıcı gələr.Amma onlar heç belə yaşıya bilməzlərki bunu yalnız qadınlar bacarar.

Mən qadınam...O qədər güclüyəmki heç kəsin əyə bilmədiyi kişini qarşımda diz çökdürərəm.Hər bir kişinin qarşısında baş əyəcəyi qadını vardır...

Mən qadınam...Kişilər mənim uğrumda mübarizə aparar.Mənim sevgimi əldə etməkçün çalışarlar.

Mən qadınam...Hər kəs məni qoruyar.Heç kəs məni incitmək istəməz.O qədər incə və zərifəmki məni qırmaqdan çəkinərlər.

Mən qadınam...Bədənimdə 9 ay kiçik insan daşıyaram...Dünyaya insan gətirərəm...Kişilərə belə müqəddəs vəzifələr heç verilməz.

Mən qadınam...Mən anayam...Balamın əziyyətini çəkərəm.Səhərlərə qədər yuxusuz qalaram.O xəstələnəndə başınnan ayrılmaram.O Böyüyənə qədər mən qocalaram...

Mən qadınam...Mən həyat yoldaşıyam...Ərimin qayğısına qalaram...Ailəmin qayğısına qalaram.

Mən qadınam...Yaradılmışların ən gözəli,ən zərifi,ən ağıllısı,ən zəhmətkeşi,ən müqəddəsi,ən səbirlisi,ən alisi,ən kövrəyi,ən qayğıkeşi,ən sevimlisi,ən gülərüzlüsü və nəhayət ən əsası MƏN ANAYAM...

Heç kimə bu qədər gözəl xüsusiyyətlər birlikdə verilməz.Kişilər qadınların qədrini bilin.Onlarsız həyatın nə mənası varki...?!


Tarix: 15.06.2013 / 18:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri