beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt gəlin olmaq üçün 8 qayda .

Toy hazırlıqları müddətinə ən yaxşı şəkildə hazırlanmaq və toy vaxtı, özünüzü yaxşı hiss etmənizi təmin edəcək ən əhəmiyyətli detallar bunlardır ...

1. Təbii olun
Üzünüzə yalnız nəmləndirici sürtün. Bahalı gəlinliyinizin üstündə pomada ya da hər hansı kosmetika ləkəsi buraxmağı istəməzsiniz.

2. Bir cüt dikdaban ayaqqabı götürün
Alış-verış üçün rahat ayaqqabılara ehtiyacınız olacaq amma gəlinliyinizlə sınamaq üçün bir cüt dikdaban ayaqqabını da yanınıza almağa laqeyd yanaşmayın. Beləcə toy günündə necə görünəcəyinizi gəlinliyi seçərkən görə bilərsiniz.

3. Dostlarınızla məsləhətləşin
Öz başınıza qərar verməniz bəzən çətin ola bilər. Tam bu əsnada yanınızdakı yoldaşlarınıza ehtiyacınız olacaq. Onlardan dürüst olmalarını və sizə sınadığınız hər paltar üçün müsbət ya da mənfi bir fikir vermələrini istəyin.

4. Bir dəftər tutun
Alış-veriş əsnasında sınadığınız saysız gəlinliyi, mağaza adlarını, sınayıb da bəyəndiyiniz modeli sonradan unutmamaq üçün mütləq bir dəftərə qeyd edin.

5. Rəqs!
Mağazada gəlin paltarı sınadıqdan sonra içində rahat edib-etmədiyinizi yoxlayın. Seçdiyiniz gəlin paltarı toyunuzda rəqs etmənizə mane olacaq qədər dar ya da yırtmaclı olmamalıdır.
Toy sizin toyunuzdur! Siz də hər kəs kimi rəqs etməlisiniz.

6. Işıqlandırmalara nəzarət edin
Mağazadakı işıqlarla gəlinliyiniz çox fərqli ola bilər. Günəş işığına çıxdığınızda gəlinliyinizin eyni şəkildə gözəl və dümağ görünməsinə diqqət yetirin. İşıqların oyununa gəlməyin.

7. Şəkillər
Toy günləri minlərlə fotoşəkilinizin çəkiləcəyi günlərdir. Buna görə fotoşəkillərdə necə görünəcəyinizi də xəyal etməyə çalışın və gəlin paltarı seçkinizi buna görə edin.

8.Vücudunuzu qəbul edin
Çox bəyəndiyiniz bir gəlinliyin içinə girə bilmək üçün bir neçə günlük ölümcül pəhrizlər qətiliklə yol verilməzdir. Sizə uyğun olan bir gəlinliyi seçin, ancaq yenə də stress kimi səbəblərdən ötəri də 1-2 kilo itkisi olsa da toy günü gəlinliyinizə ediləcək kiçik düzəlişlərlə gününüzü qurtarmaq mümkündür!


Tarix: 13.06.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri